Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə63/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   59   60   61   62   63   64   65   66   ...   572

Nöqtələr


“Vəsl” sözündən olan “vəssəlna” sözü əlaqələndirmək mənasını bildirir. Əlaqələndirmə dedikdə ya xatırlatmaların ardıcıllığı, ya da məsələlərin həmahəngliyi nəzərdə tutulur.

İnsanların hidayəti Allahın sünnələrindəndir və bir an olsun belə dayandırılmaz.1 Bu hidayət ilahi ayələr, peyğəmbərlər, canişinlər və din alimləri vasitəsi ilə davam edir. Bir məntəqədə ilahi hidayətə əl çatmadıqda oradan bir dəstəsi köç edib dərin dini biliyə yiyələnməli və öz xalqını məlumatlandırmalıdır.2


Bildirişlər


1. Tərbiyə prosesində tədrici, addımbaaddım, təkrar və çeşidli xatırlatmalara ehtiyac var. (Bəli, bir neçə müxtəsər xatırlatma ilə islah və tərbiyəyə ümid etmək olmaz.)

2. Quran ayələrində bir növ həmcəhətlik və bağlılıq vardır.

3. Bütün ilahi ayələr, səmavi kitablar və dini rəhbərlər eyni bir söz və məqsəd izləyirlər.

4. İnsan unutqan varlıqdır. Onun xatırlatmaya ehtiyacı vardır.

5. Həqiqi kitab əhli İslamla tanış olduqda iman gətirir.

Ayə 53:


﴿وَإِذَا يُتْلَى عَلَيْهِمْ قَالُوا آمَنَّا بِهِ إِنَّهُ الْحَقُّ مِن رَّبِّنَا إِنَّا كُنَّا مِن قَبْلِهِ مُسْلِمِينَ﴾

Onlara (Quran) oxunan zaman deyərlər: “Biz ona iman gətirdik. Doğrudan da, o, Rəbbimiz tərəfindən bir həqiqətdir. Biz ondan öncə də müsəlman, təslim əhli idik.”


Ayə 54:


﴿أُوْلَئِكَ يُؤْتَوْنَ أَجْرَهُم مَّرَّتَيْنِ بِمَا صَبَرُوا وَيَدْرَؤُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ﴾

Onlara səbirlərinə xatir ikiqat mükafat verilər. (Onlar ki,) pisliyi yaxşılıqla dəf edər, verdiyimiz ruzidən (digərlərinə) paylayarlar!”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin