Bildirişlər
1. Həqiqi mömin nəinki faydasız məclislərə qatılmır, faydasız sözlərə qulaq asmır, hətta boş söz eşitdikdə reaksiya göstərir.
2. Mənasız söz və işlərə etinasızlıq və bu hallardan uzaqlıq səbir nümunələrindəndir.
3. Danışarkən, dinləyərkən, baxarkən, ünsiyyətdə olarkən “ləğvdən”, boş şeylərdən, zərərdən çəkinmək bütün ilahi dinlərdə mədh olunmuşdur. (Yuxarıdakı ayə kitab əhlindən olan bir zümrəni vəsf edir.)
4. Nəhy əz münkərin (pisliyə qadağanın) ümumi qaydalarından biri pis işlərdən çəkinməkdir. (Cəfəngiyyata cəfəngiyyatla cavab verməyək.)
5. İnsan eşitdiklərinə görə məsuliyyət daşıyır.
6. Qətiyyət, sazişdən uzaqlıq həqiqi iman nişanəsidir.
7. Əməlin xeyir və zərəri insanın özünə qayıdır.
8. İnsan hörmətlə uzaqlaşmalıdır.
9. Uzaqlaşarkən ləğv əhlinə xəbərdarlıq etmək də lazımdır.
10. Ləğv, boş iş və söz cəhalət meyvəsi, boş yerə danışan isə cahildir.
Ayə 56:
﴿إِنَّكَ لَا تَهْدِي مَنْ أَحْبَبْتَ وَلَكِنَّ اللَّهَ يَهْدِي مَن يَشَاء وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ﴾
“(Ey peyğəmbər!) Həqiqətən, sən istədiyin kəsi hidayət edə bilməzsən. İstədiyini hidayət edə bilən Allahdır və O, doğru yolu tapanları daha yaxşı tanıyır.”
Dostları ilə paylaş: |