Nur təFSİRİ


“Rəhman və rəhim Allahın adı ilə”



Yüklə 2,21 Mb.
səhifə7/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   2   3   4   5   6   7   8   9   10   ...   572

“Rəhman və rəhim Allahın adı ilə”

Ayə 1, 2:


﴿طسم * تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ﴾

Ta, sin, mim; bunlar açıq-aşkar kitabın ayələridir.”


Ayə 3:


﴿نَتْلُوا عَلَيْكَ مِن نَّبَإِ مُوسَى وَفِرْعَوْنَ بِالْحَقِّ لِقَوْمٍ يُؤْمِنُونَ﴾

Biz iman gətirən bir qövm üçün Musa və Fironun əhvalatlarından bir hissəsini olduğu kimi sənə oxuyuruq.”



Bildirişlər


1. İslamın əbədi möcüzəsi olan Quran sadə ərəb əlifbası hərflərindən təşkil olunmuşdur. Əgər onu insan sözü sayırsınızsa, siz də mislini bəyan edin.

2. Quran aydın, şəffaf və anlaşılan bir kitabdır.

3. Keçmiş sərgüzəştlərin bəyanı ilahi sünnələrin tarixi qanunauyğunluğunu göstərir. Əgər tarixin hesab-kitabı, qanunauyğunluğu olmasaydı, biz ondan bu günkü həyatımız üçün istifadə edə bilməzdik.

4. Tarixi nəql edərkən mühüm və ibrətamiz sətirlərə xüsusi diqqət yetirək. (“Nəbə” dedikdə mühüm xəbər nəzərdə tutulur.)

5. Peyğəmbərlərin zalım hakimlər və sitəmkarlarla mübarizəsi möminlər üçün nümunədir.

6. Quran əhvalatları xurafat, təxəyyül, artıq söhbət deyil.

7. Əhvalatların bəyanında Quranın məqsədi möminlərin hidayəti, doğru yola yönəldilməsidir.

8. Hidayətin ilkin şərti qabilliyyət, imandır.


Ayə 4:


﴿إِنَّ فِرْعَوْنَ عَلَا فِي الْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًا يَسْتَضْعِفُ طَائِفَةً مِّنْهُمْ يُذَبِّحُ أَبْنَاءهُمْ وَيَسْتَحْيِي نِسَاءهُمْ إِنَّهُ كَانَ مِنَ الْمُفْسِدِينَ﴾

Həqiqətən, Firon məmləkətdə (Misirdə) azğınlıq edib, oranın əhlini firqələrə bölmüşdü. Onlardan bir dəstəsini zəiflətmiş, oğlanlarının başını kəsmiş, qadınlarını (kənizlik üçün) diri saxlamışdı. Doğrudan da, o, fəsad törədənlərdən idi.”



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin