Bildirişlər
1. Peyğəmbərlərin ən mühüm vəzifələrindən biri xalqa ilahi ayələrin tilavəti, oxunmasıdır.
2. Məkkə İslamın dünyaya gəldiyi şəhərdir.1
3. Sitəmkar cəmiyyətləri ilahi qəhr-qəzəb gözləyir.
4. Xəbərdarlıq başa çatmamış Allah tərəfindən əzab nazil olmaz.
5. İlahi qəhr-qəzəb Allahın tərbiyə üsullarındandır.
6. Təbliğ üçün izdihamlı mərkəzlər və şəhərlər seçilməlidir. (Ayə təbliğatda seçilmiş yerin rolunu göstərir.)
7. Peyğəmbərlərin dəvətinə müsbət cavab verilməməsi zülmdür.
8. Sitəmkarların dünyadaca məhvi ilahi sünnə və proqramlardandır.
Ayə 60:
﴿وَمَا أُوتِيتُم مِّن شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَزِينَتُهَا وَمَا عِندَ اللَّهِ خَيْرٌ وَأَبْقَى أَفَلَا تَعْقِلُونَ﴾
“Sizə verilən yalnız dünya həyatından (fani və ötəri) bəhrə və onun zinətidir. Hansı ki, Allahın yanında olan daha üstün və daha etibarlıdır. Yoxsa düşünmürsünüz?!”
Dostları ilə paylaş: |