Nöqtələr
Qiyamətin qopması ilə təəccüblü və çeşidli hadisələr baş verər. Ayədə onlardan bəzilərinə işarə olunur. Bu səhnələrdən birində müşriklərə məzəmmət dolu suallar yağar. Digər səhnədə yalançı məbudlar onlara pərəstiş edənlərdən üz döndərər. Üçüncü səhnədə yolunu azanlar şeytanı qınayar, şeytan isə onların cavabında deyər: “Məni məzəmmət etməyin, özünüzü qınayın.1 Qiyamətdə günahkar öz günahını başqasının boynuna atar. Qarşı tərəf isə onun özünü ittiham edər.2
Bəzi məbudların, o cümlədən həzrət İsa (ə), ilahi mələklərin heç bir təqsiri yoxdur. Amma şeytansifətlər, zalım hakimlər, dini həqiqi yolundan çıxaran alimlər təqsirkardırlar və qəti şəkildə cəzalandırılacaqlar.
Dostları ilə paylaş: |