Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə8/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   4   5   6   7   8   9   10   11   ...   572

Nöqtələr


“Şiə” sözü əslində bir şeyin ardınca getmək, tabe olmaq mənasını bildirir. Amma hər hansı bir toplumda adətən bəziləri bəzilərinə tabe olduğundan bu söz güruh, dəstə mənasını da bildirir.

“Nisa" sözü “qadınlar” mənasında işlənir. Amma bu ayədə “oğlanlar” sözü ilə yanaşı işləndiyindən uyğun söz “qızlar” mənasını da ifadə edə bilər.

“Firon” dedikdə konkret bir şəxs yox, Misir padşahları nəzərdə tutulur. Necə ki, “kəsra” sözü İran, “qeysər” sözü Rum padşahlarına işarədir.1

Bildirişlər


1. Peyğəmbərlərin zühur və besət dövründə cəmiyyətin vəziyyətini, əhval-ruhiyyəsini bilmək zəruridir.

2. Quruluşlarla tanışlıq üçün fərdləri yox, onların əməllərini araşdırmaq mühümdür. (Fironun adı onun azğın əməllərinə görə qeyd olunur.)

3. Təkəbbür və itaətsizlik fəsad və günah üçün zəmindir.

4. İmperialistlərin xalq üzərində ən bariz hakimiyyət vasitəsi araya təfriqə salmaqdır. (Nə qədər ki, xalq arasında birlik var, zalım rəhbərlər gücsüzdürlər və bir iş görə bilməzlər.)

5. Təfriqə zillətin qəbulu üçün müqəddimədir. Xalq öncə dəstələrə parçalanır, sonra zəifliyə sürüklənir.

6. Məmurların qanunsuz əməlləri hakimin də ayağına yazılır. Bu ayələrdə ətrafındakıların cinayətləri Firona da aid edilir.

7. Allah qətldən öncə təfriqə məsələsini qeyd edir. Ola bilsin ki, təfriqə qətl üçün zəmindir və ya qətldən də ağırdır.

8. Cinayətə görə ona sövq edən siyasətçi və rəhbər də səbəbkar və günahkar sayılır.

9. Təfriqə yaradanlar fəsad törədənlərdəndir.

Bəli, hakimi təkəbbürlü, xalqı parçalanmış, fəalları hədələnən, qazancı kübarların cibində olan cəmiyyət fironçu və bütpərəst cəmiyyətdir.



Ayə 5:


﴿وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ﴾

Biz yer üzündə zəifliyə düçar olmuşlara minnət qoyub, onları (yer üzünə) rəhbər və varis etmək istəmişik.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin