Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə80/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   76   77   78   79   80   81   82   83   ...   572

Nöqtələr


Əgər ötən ayədə tövhid haqqında soruşulurdusa, bu ayələrdə nübuvvət məsələsinə işarə olunur.

Bildirişlər


1. Peyğəmbərlərin dəvəti qarşısında hamımız məsuluq.

2. Qiyamətdə məlumat yolları bağlanır və hamı çarəsiz vəziyyətdə qalır.

3. Qiyamətdə insanlar ədalət mühakiməsində cavab vermək üçün kiminləsə məsləhətləşə bilmirlər.

4. İslamda çıxılmaz vəziyyət yoxdur. Qayıdış və tövbə yolu hamı üçün açıqdır.

5. Təkcə qəlbdə peşman olmaq tövbə sayılmır, gerçək iman və saleh əməl də zəruridir.

6. Kimsəyə bütün şərtləri ödəməklə tövbə etmək zəmanəti verilməmişdir. İnsan hər an qorxu və ümid arasında olmalıdır. (“Əsa” sözü ümid mənasını bildirir. Yəni tövbə, iman və saleh əməl vasitəsi ilə qurtuluşa ümid etmək olar.)


Ayə 68:


﴿وَرَبُّكَ يَخْلُقُ مَا يَشَاء وَيَخْتَارُ مَا كَانَ لَهُمُ الْخِيَرَةُ سُبْحَانَ اللَّهِ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ﴾

Rəbbin istədiyini yaradır, seçir. Onların (Allah qarşısında) seçim hüququ yoxdur. Allah pak-pakizədir, Ona şərik qoşanlardan üstündür.”


Ayə 69:


﴿وَرَبُّكَ يَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ﴾

Rəbbin onların öz qəlblərində gizli saxladıqlarını və aşkarladıqlarını bilir.”


Ayə 70:


﴿وَهُوَ اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْحَمْدُ فِي الْأُولَى وَالْآخِرَةِ وَلَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ﴾

O Allahdır, Ondan başqa məbud yoxdur. Sitayiş dünya və axirətdə Ona məxsusdur. Hakimiyyət təkcə Onundur və Ona doğru qaytarılarsınız.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin