Nöqtələr
“Sərməd” sözü daim, həmişəlik mənasını bildirir.
Ayənin məzmununa, yəni söhbətin gecədən getməsinə münasib olaraq “yoxsa eşitmirsiniz” soruşulur. Çünki gecələr insanın gözləri görmür, amma qulaqları eşidir. Amma növbəti ayədə söhbət gündüzdən getdiyi üçün “yoxsa görmürsünüz” soruşulur.
Nemətlərin puça çıxması və ya dəyişməsi ilə bağlı düşüncə Allahı tanımaq yollarındandır. Şübhəsiz, gecə və gündüzün yerdəyişməsi Allahın böyük nemətlərindən və nişanələrindəndir.
Bildirişlər
1. Həqiqəti müxaliflərə sübut etmək qaydasını Allahdan öyrənək.
2. Ən üstün Allahşünaslıq nişanəsi hamının, hər yerdə və hər zaman əli çatan nişanədir.
3. Quran üslublarından biri insanı silkələyən sualların ünvanlanmasıdır.
4. Yerin hərəkəti, gecə-gündüzün yaranması Allahın iradəsindən asılıdır.
5. Təbiət ən gözəl tablo, ilahi mərifət kitabıdır.
6. Əqidə məsələlərində təqlid etmək olmaz.
7. Təbliğdə qarşı tərəfin vicdanından kömək alaq.
Ayə 72:
﴿قُلْ أَرَأَيْتُمْ إِن جَعَلَ اللَّهُ عَلَيْكُمُ النَّهَارَ سَرْمَدًا إِلَى يَوْمِ الْقِيَامَةِ مَنْ إِلَهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُم بِلَيْلٍ تَسْكُنُونَ فِيهِ أَفَلَا تُبْصِرُونَ﴾
“De ki, deyin görüm, əgər Allah gündüzü Qiyamət gününədək davam etdirsə Ondan savay hansı məbud sizin üçün gecə gətirər və aramlıq taparsınız? Yoxsa baxmırsınız?”
Dostları ilə paylaş: |