Nöqtələr
Quran ayələrində həmişə gecə gündüzdən öncə zikr olunur. Yerin zatən qaranlıq olması bunun səbəbi ola bilər. Nur isə günəşdən şölələnib yerə nazil olur.
Bildirişlər
1. Yaranış və nemətlərin ətası Allahın ehtiyacı və ya bizim tələbimiz deyil. Bütün bunlar Allahın bəxşişidir, Onun rəhman olmasından qaynaqlanır.
2. Gecə istirahəti sabahkı təlaşlar üçün müqəddimədir.
3. Allah bağışlayandır, amma insan çalışmalıdır.
4. Gecə istirahət, gündüz isə iş üçündür.
5. Zirəklikdən danışmayaq, əldə etdiklərimiz Allahın fəzlidir.
6. Maddi nemətlər şükür və mənəvi mərtəbələrin əldə edilməsində müqəddimə olmalıdır.
7. İlahi təkamül, Allah dərgahına yaxınlıq və şükür üçün vasitə olan dünya məzəmmət olunmur.
Ayə 74:
﴿وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنتُمْ تَزْعُمُونَ﴾
“(Xatırlayın) o gün ki, (Allah) onlara nida edib deyər: “Mənə şərik saydıqlarınız haradadır?!”
Dostları ilə paylaş: |