Nöqtələr
Qiyamətin çoxsaylı dayanacaqları var. Bir dayanacaqda insanın dodaqlarına möhür vurular və bədən üzvləri şəhadət verər.1 Digər dayanacaqlarda isə insan danışa bilər.1 Dayanacaqlardan birində insanla danışmaqdan imtina olunar.2 Digər bir dayanacaqda Allah ona xitab edər.3
Bəziləri bu ayə əsasında ehtimal edirlər ki, Allah hər bir müşrik qrupdan ləyaqətli bir fərdi şahid olaraq ayıracaq və ondan soruşacaq: “Sizin şirkinizin səbəbi nə idi?” Amma İmam Baqirdən (ə) nəql olunmuş bir rəvayətə əsasən, hər bir dövrdə insanların əməllərindən xəbərdar məsum şəxs (peyğəmbər və ya peyğəmbər canişini) var. Bu şəxs Qiyamətdə xalqın əməllərinə şahid kimi dindirilər.
Dostları ilə paylaş: |