Bildirişlər
1. Qiyamətdə xalqın özündən olan şahidlər dindirilər.
2. Qiyamət gününün mühakiməsi hamının gözü qarşısında aparılar.
3. Öz əqidə və düşüncələrimizi möhkəm dəlillər əsasında tənzimləyək. Şirk üçün axirətdə heç bir dəlil, bəhanə və alıcı yoxdur.
4. Müşriklərin məntiq və dəlili yoxdur.
5. Yalnız dünyada həqiqəti pərdələmək olar. Axirətdə pərdələr çəkilir və həqiqət zahir olur.
6. Günahkarlar Qiyamətdə öz əməllərini inkar etmək fikrində olsalar da yetərli şahidlər onları öz yerlərində oturdar.
7. Batil aradan gedəsidir.
Ayə 76:
﴿إِنَّ قَارُونَ كَانَ مِن قَوْمِ مُوسَى فَبَغَى عَلَيْهِمْ وَآتَيْنَاهُ مِنَ الْكُنُوزِ مَا إِنَّ مَفَاتِحَهُ لَتَنُوءُ بِالْعُصْبَةِ أُولِي الْقُوَّةِ إِذْ قَالَ لَهُ قَوْمُهُ لَا تَفْرَحْ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْفَرِحِينَ﴾
“Həqiqətən, Qarun Musa qövmündən idi və onlara zülm edirdi. Biz ona o qədər xəzinə vermişdik ki, bu xəzinənin açarlarını daşımaq böyük bir dəstəyə çətin olmuşdu. Bir gün qövmü ona dedi: “Qürrələnib şadlanma, şübhəsiz, Allah qürrələnib şadlananları sevməz.”
Dostları ilə paylaş: |