Nöqtələr
“Məcməul-bəyan” təfsirində belə bir hədis nəql olunur: Qarun həzrət Musanın (ə) xalası oğlu idi. O öz biliyi ilə seçilir, Tövrat oxumaqda xüsusi məharət göstərirdi. Qarun öncə həzrət Musa (ə) münacat üçün Tur dağına gedərkən onu qoruyan 70 nəfərdən biri idi. Amma sonralar çoxlu var-dövlət əldə etdi və müxalifət bayrağı qaldırıb sonda Allahın qəzəbinə gəldi.
Həzrət Musa (ə) öz mübarizə dövründə üç fəsad mehvəri ilə savaşa qalxmışdı: Fironun başçılıq etdiyi zor mehvəri, Qarunun simasında özünü göstərən sərvət mehvəri, Samirinin rəhbərlik etdiyi fırıldaqçılıq mehvəri. Başqa sözlə, həzrət Musa (ə) zor, zər və hiylə kimi düşmənlərlə üzbəüz dayanmışdı.
Dostları ilə paylaş: |