Bildirişlər
1. Tarixi hadisələrin nəqli gələcək nəsillər üçün ibrət səbəbidir.
2. İnsanın müsbət keçmişi onun gələcəkdə yaxşı olacağına təminat vermir. Müsbət keçmiş bugünkü büdrəmələrə göz yummaq üçün əsas ola bilməz.
3. Peyğəmbərlə qohumluq təklikdə müvəffəqiyyət və qurtuluş amili deyil.
4. Qohumlarının azğınlığı mömin və saleh insanların məqamını əskiltməməlidir.
5. Hesabsız sərvət qüdrət vasitəsi, qüdrət isə təcavüzkarlıq və əyyaşlıq amilidir.
6. Sərvət bizi məğrur və məst etməsin.
7. Sərmayədarları pis əməllərdən çəkindirmək hətta məhrum təbəqəyə zəruridir.
8. Başını itirmiş, məst insanlar ilahi məhəbbətdən məhrumdurlar. (Bəli, var-dövlət sahibi olmaq Allaha yaxınlığı göstərmir.)
Ayə 77:
﴿وَابْتَغِ فِيمَا آتَاكَ اللَّهُ الدَّارَ الْآخِرَةَ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا وَأَحْسِن كَمَا أَحْسَنَ اللَّهُ إِلَيْكَ وَلَا تَبْغِ الْفَسَادَ فِي الْأَرْضِ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُفْسِدِينَ﴾
“(Ey Qarun!) Allahın sənə verdiyindən axirət evi soraqla və (eyni zamanda) bu dünyadan faydalanmağı unutma. Allah sənə ehsan etdiyi kimi sən də ehsan et. Yer üzündə fəsad törətmək fikrində olma, Allah fəsad əhlini sevməz.”
Dostları ilə paylaş: |