Nöqtələr
Həzrət Əli (ə) “dünyadan bəhrələnməyi unutma” cümləsi haqqında buyurur: “Yəni sağlamlıqdan, gücdən, fürsətdən, gənclikdən axirətin üçün istifadə et.”1
Bu ayədə bir neçə tərbiyəvi göstərişə işarə olunmuşdur: Dünyadan bəhrələnməklə yanaşı axirətə diqqət, Allahın insana lütfünü nəzərə almaqla başqalarına ehsan, Allahın fəsad əhlini sevməməsini nəzərə almaqla fəsaddan uzaqlıq.
Bildirişlər
1. Dünya axirət üçün əkinəcəkdir. (Qaruna deyildi ki, bu imkanlardan axirət evini hazırla.)
2. Varlıların sərvəti Allaha məxsusdur.
3. Axirət üçün ciddi çalışmaq lazımdır. Əlbəttə, dünyanı da unutmaq olmaz.
4. Var-dövlət axirət səadəti üçün vasitə ola bilər.
5. Varlılara moizə etmək bəyənilmiş işdir.
6. Hər kəs zəruri ehtiyacını ödədikdən sonra artıq qalanı axirətə sərf etsin.
7. Moizə edərkən təbii ehtiyacları da nəzərə alaq.
8. Hesabsız sərvətin də bəhrəsi məhduddur. Bu dünyadan hər insanın müəyyən qisməti var.
9. Axirət başqalarına ehsanla istənilir.
10. Başqalarını ehsan etməyə çağırarkən onlara Allahın ehsanını xatırlatmaq səmərəlidir.
11. İmansız sərmayədarlardan fəsad gözlənilir.
Ayə 78:
﴿قَالَ إِنَّمَا أُوتِيتُهُ عَلَى عِلْمٍ عِندِي أَوَلَمْ يَعْلَمْ أَنَّ اللَّهَ قَدْ أَهْلَكَ مِن قَبْلِهِ مِنَ القُرُونِ مَنْ هُوَ أَشَدُّ مِنْهُ قُوَّةً وَأَكْثَرُ جَمْعًا وَلَا يُسْأَلُ عَن ذُنُوبِهِمُ الْمُجْرِمُونَ﴾
“(Qarun cavab olaraq) dedi: “Həqiqətən, bu (var-dövlət) biliyimə görə mənə verilib.” O bilmirdimi ki, Allah ondan öncə nəsillər arasında ondan daha güclü və varlı olanları həlak edib və (həmin vaxt) günahkarların günahları haqqında da soruşulmaz?!”
Dostları ilə paylaş: |