Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə97/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   93   94   95   96   97   98   99   100   ...   572

Bildirişlər


1. Axirət evi yetərincə böyükdür.

2. İstənilən şəkildə üstünlük axtarmaq qadağandır.

3. Üstünlük istəyi fəsad qaynağıdır.

4. Başqalarından üstün görünmək və seçilmək istəməyənlər pəhrizkardır.


Ayə 84:


﴿مَن جَاء بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِّنْهَا وَمَن جَاء بِالسَّيِّئَةِ فَلَا يُجْزَى الَّذِينَ عَمِلُوا السَّيِّئَاتِ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ﴾

Yaxşı əməllə gələn üçün daha üstün mükafat olacaq. Pis əməllə gələnlər isə əməlləri qədər cəzalandırılacaqlar.”



Bildirişlər


1. İstənilən şəxsin istənilən ölçüdə xeyir işi məqbuldur və bəyənilmişdir.

2. Yaxşı iş görməkdən də mühümü onu Qiyamətədək puça çıxarmamaqdır. (Çoxları öz yaxşı əməlini günah, minnət qoymaq, təkəbbür və ya başqalarını təhqir vasitəsi ilə məhv edir.)

3. İnsanlar həyat yolu seçməkdə azad buraxılıblar.

4. Hətta danışıqda öncə yaxşılıqlardan başlayaq.

5. İlahi lütf nizamında yaxşılıqların mükafatı həmin yaxşılıqlardan daha böyükdür. Xeyir məqsəd həyata keçməyib sadəcə fikir olaraq qalsa da belədir. Pis iş isə yalnız həyata keçdikdən sonra və öz ölçüsündə cəzalandırılır.

6. Başqalarının ən kiçik xeyir əməlini də unutmayaq. Pis əməl yalnız təkrarlandıqda cəzaya əl ataq.

7. Allah yaxşılıqlar müqabilində mükafatı Öz fəzli sayırsa, pis əməl sahiblərini cəzalandırarkən ədaləti əsasında rəftar edir.

Ayə 85:


﴿إِنَّ الَّذِي فَرَضَ عَلَيْكَ الْقُرْآنَ لَرَادُّكَ إِلَى مَعَادٍ قُل رَّبِّي أَعْلَمُ مَن جَاء بِالْهُدَى وَمَنْ هُوَ فِي ضَلَالٍ مُّبِينٍ﴾

Quranı (ona əməl etməyi) sənə vacib edən kəs səni hökmən vəd yerinə qaytaracaq. De ki, Rəbbim kimin doğru yolda və kimin aşkar azğınlıqda olduğunu daha yaxşı bilir.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin