Nur təFSİRİ


Ayə 2: ﴿هُوَ ٱلَّذِي بَعَثَ فِي ٱلْأُمِّيِّينَ رَسُولًا م



Yüklə 1,72 Mb.
səhifə10/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   6   7   8   9   10   11   12   13   ...   348
Ayə 2:

﴿هُوَ ٱلَّذِي بَعَثَ فِي ٱلْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ يَتْلُواْعَلَيْهِمْ ءَايَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ ٱلْكِتَابَ وَٱلْحِكْمَةَ وَإِن كَانُواْ مِن قَبْلُ لَفِي ضَلاَلٍ مُّبِينٍ﴾

Odur dərs görməmiş xalq arasında ilahi ayələri oxusun, onları tərbiyələndirsin, onlara səmavi kitab və hikmət öyrətsin deyə özlərindən peyğəmbər seçən. Həqiqətən, onlar bundan öncə aşkar azğınlıq içində idilər.”


Nöqtələr
◘”Ummiy” sözü “umm” sözündəndir. Bu sözün Məkkə əhlinə aid edilməsinin səbəbi Məkkənin “ummul-ura” adlandırılmasıdır. Digər bir tərəfdən, oxuyub-yazmağı bacarmayanlara ərəb dilində “ummiy” deyilir. Onlar yenicə anadan doğulmuş kimidirlər.

◘İmam Sadiqdən (ə) nəql olunmuş sinifdə oxuyuruq: Məkkə əhlinin səmavi kitab və rəhbəri olmadığından Allah onları “ummiy” adlandırır. Əslində onların arasında yazmağı bacaranlar var idi.2 (Qeyd)

◘”Yuzəkkihim” sözü “təzkiyə” məsdərindəndir. Onun kökü inkişaf, cücərmə mənasını bildirən “zəkat” sözüdür. Yəni Peyğəmbərə (s) çirkin əxlaqa son qoymaq, xalq arasında gözəl əxlaqı bərpa etmək tapşırılır. Bu gözəl əxlaq sayəsində kamala çatmaq olar.

◘Ayədə “hikmət” deyərkən Quran ayələrindən qaynaqlanan həqiqi maarif nəzərdə tutulur. İnsanda varlıq aləmi və həyata düzgün baxışla səadət zəminəsi yaranır. Allahı inkar edənlər deyirdilər ki, ömrümüz yalnız dünya həyatından ibarətdir.3 (Qeyd)Amma Quran başqa bir həqiqəti açıqlayır. Buyurur ki, bu dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil, həqiqi həyat axirətdədir.4 (Qeyd)

◘”Hikmət” kitabdan fərqli deyil və onun səciyyələrindən biridir.1 (Qeyd)Allah kitab və hikməti yanaşı şəkildə Peyğəmbərə (s) nazil etmişdir.2 (Qeyd)Demək, Peyğəmbər (s) üçün vəzifə olan kitab və hikmət təlimi başdan-başa hikmət olan Quranın təlimidir. Quran insanlara düzgün dünya görüşü öyrədir.3 (Qeyd)

◘”Bəqərə” surəsinin 129-cu ayəsində bildirilir ki, həzrət İbrahim Allahdan deyilən səciyyələrə malik peyğəmbər göndərməsini istədi. Bu ayədə həmin duanın qəbul olduğunu görürük. Hədisdə nəql olunur ki, İslam peyğəmbəri (s) buyurmuşdur: “Mən atam İbrahimin qəbul olmuş duasıyam.”

◘Ötə ayədə hikmət sahibi olan Allahdan danışıldı. Bu ayədə isə Peyğəmbərin (s) göndərilməsi Allahın hikmət nişanəsi, xalqa hikmət öyrədilməsi peyğəmbərliyin dəlillərindən biri kimi təqdim olundu.

◘Quranda 48 məqamda azğınlıqdan danışılır. Bu mövzuda söhbət açılarkən adətən yanaşı işlənmiş “zəlal” və “mubin” sözlərindən istifadə olunar. Bəzən də “zəlalun kəbir” və “zəlalun bəid” ifadələri ilə rastlaşırıq.4 (Qeyd) Səthi bir baxışla müəyyənləşdirmək olur ki, əziz Peyğəmbər (s) insanlara haqq yolu necə göstərmişdir. O xalqı övladları öldürməkdən övlad sevgisinə, cəhalətdən elmə, başqalarının malını qarət etməkdən isar və fədakarlığa, sələmçilikdən halal qazanca, şirkdən tövhidə, təfriqədən vəhdətə, xurafatdan həqiqətə, zillətdən izzətə, bir sözlə, zəlalətdən hidayətə (azğınlıqdan doğru yola) yönəltmişdir. Cəfər ibn Əbu-Talib Həbəşə padşahı Nəccaşinin hüzurunda Peyğəmbəri (s) belə vəsf edir: “Biz öncə bütə pərəstiş edər, ölü heyvan əti yeyər, çirkin işlər görər, qohumlardan uzaq gəzər, qonşuların hüquqlarını pozar, zəiflərə rəhm etməzdik. Nəhayət, Allah-taala bizim üçün peyğəmbər göndərdi, və o bizi insani dəyərlərə yönəltdi.

◘Sual: İslam peyğəmbəri (s) təkcə dərs görməmiş Hicaz və ərəblər üçünmü seçilmişdir?

Cavab: Həzrət Məhəmməd (s) Məkkə əhli arasında zühur etdi və haqq yola dəvətə oradan başladı. Amma onun İran və Rum padşahlarına, müxtəlif qəbilə rəislərinə göndərdiyi məktublar cahanşümul missiyasından danışır.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin