Nur təFSİRİ


Ayə 17, 18, 19, 20, 21, 22



Yüklə 1,72 Mb.
səhifə100/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   96   97   98   99   100   101   102   103   ...   348
Ayə 17, 18, 19, 20, 21, 22:

﴿إِنَّا بَلَوْنَاهُمْ كَمَا بَلَوْنَآ أَصْحَابَ ٱلْجَنَّةِ إِذْ أَقْسَمُواْ لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ﴾﴿وَلَا يَسْتَثْنُونَ﴾﴿فَطَافَ عَلَيْهَا طَآئِفٌ مِّن رَّبِّكَ وَهُمْ نَآئِمُونَ﴾﴿فَأَصْبَحَتْ كَالصَّرِيمِ﴾﴿فَتَنَادَواْ مُصْبِحِينَ﴾﴿أَنِ ٱغْدُواْ عَلَى حَرْثِكُمْ إِن كُنتُمْ صَارِمِينَ﴾

Həqiqətən, bağ sahiblərini sınağa çəkdiyimiz kimi bu insanları da sınarıq. Onlar and içdilər ki, sübh vaxtı bağın meyvələrini dərsinlər; (yoxsullar üçün) bir şey istisna etmədilər; yuxuda olduqları vaxt Rəbbin tərəfindən bağın başına bir bəla dolandı; sübh açılanda viran qalmışdı; sübh erkən bir-birlərini səslədilər; əgər yığmaq məqsədiniz varsa, bağa doğru hərəkət edin.”


Nöqtələr
◘”Taif” dedikdə bağı dolaşan bəla nəzərdə tutulur. Bu bəla bağı yandırıb külə döndərdi. “Sərm” sözü meyvəni dərmək mənasını bildirir. “Sərim” dedikdə Allahın qəzəbi ilə bütün ağacların məhvi başa düşülür.

◘”Tənadəv” sözü fərdlərin bir məhəldə məşvərət üçün toplanışa çağırışı mənasını bildirir.

◘Bəzən fərdlər Allahın qəzəbinə gəlir. Necə ki, Firon və onun qoşunu suda qərq oldu.1 (Qeyd) Bəzən qəzəb var-dövlətə tuşlanır. Hazırkı ayələrdə bildirildi ki, bağ sahibləri salamat qalsalar da, bağ yandı. Bəzən isə həm cana, həm də mala qəzəb nazil olur. Necə ki, Qarunun həm özü, həm evi, həm də var-dövləti torpağa gömüldü.1 (Qeyd)

◘Bu surədə xəsislik iki yerdə tənqid olunur.

◘Əcdadların yaxşı ənənələrini yaşatmaq lazımdır. Amma hazırkı əhvalatda varislər ata-babalarının yolundan çıxıb yoxsullara əl tutmamaq qərarına gəldilər.

◘Günah insanı məhrumiyyətə düçar edir. İmam Baqir (ə) buyurur ki, günaha yol verən insan həmin miqdarda ruzidən məhrum olur.2 (Qeyd) Rəvayətdə bildirilir ki, bəzən insan günahlarına xatir gecə namazından məhrum olur.3 (Qeyd)

◘Var-dövlət nə qədər ki, insanın diqqətini yayındırmır, yaxşıdır. Allah-taala diqqəti yayındırdığına görə Zərar məscidinin dağıdılmasını, Samirinin qızıl buzovunun yandırılmasını əmr etdi.4 (Qeyd)


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin