Ayə 44, 45:
﴿فَذَرْنِي وَمَن يُكَذِّبُ بِهَذَا ٱلْحَدِيثِ سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ﴾﴿وَأُمْلِي لَهُمْ إِنَّ كَيْدِي مَتِينٌ﴾
“Bu hədisi (Quranı) təkzib edən kəsi Mənimlə tək burax. Biz onları bilmədikləri yolla tədricən (əzaba doğru) apararıq. Onlara möhlət verirəm. Həqiqətən, mənim tədbirim dəyişməzdir.”
Nöqtələr
◘”İstidrac” dedikdə tədricən yaxınlaşmaq mənası nəzərdə tutulur. Burada Allahın insanları onları hiss etmədikləri şəkildə süquta yaxınlaşdırması nəzərdə tutulur.
◘Quranda günahkarlara möhlət verilməsindən danışan ayələr çoxdur. Ayələrdə xəbərdarlıq olunur ki, günahkarlar onları sevdiyimizi və ya unutduğumuzu düşünməsinlər.
◘İmam Sadiq (ə) buyurur: “Günahkarın rifah və nemət içində yaşaması onun tədricən əzaba sürüklənməsini göstərir.”2 (Qeyd)
Bildirişlər
1. Haqqı təkzib edənlər Allaha qarşı çıxmışlar.
2. Allah öz peyğəmbərinə təsəlli verir.
3. Quranın təkzibi müqabilində böyük cəza nəzərdə tutulur. Allah buyurur ki, onları mənə tapşır.
4. Quranda təravətli sözlər çoxdur. (Yeni söz əvəzinə hədis kəlməsindən istifadə olunur.
5. Mühakimə yürütməyə tələsməyin, rifah xoşbəxtlik göstəricisi olmaya da bilər. (Heyvanlar çəmənlikdə otarılır, kökəldilir. Amma sonda qəssəbxanaya göndərilir.)
6. Ən böyük təhlükə odur ki, insan qəflətdə qalıb özünə çarə qılmaq barədə düşünməyə.
7. Allah cəzanı yubadar, amma yaddan çıxarmaz.
8. Allahın möhlətləri kafirlərin məhvinə xidmət edir.
9. İnsanın planları alt-üst olur, Allahın tədbirləri isə dəyişməzdir.
Dostları ilə paylaş: |