Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə116/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   112   113   114   115   116   117   118   119   ...   348
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4:

﴿سَأَلَ سَآئِلٌ بِعَذَابٍ وَاقِعٍ﴾﴿لِّلْكَافِرينَ لَيْسَ لَهُ دَافِعٌ﴾﴿مِّنَ ٱللَّهِ ذِي ٱلْمَعَارِجِ﴾﴿تَعْرُجُ ٱلْمَلَآئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ﴾

Bir sail baş verəcək əzab istədi; bu kafirlər üçündür; onun qarşısını alacaq kəs yoxdur; cəza yüksək dərəcə sahibi olan Allah tərəfindəndir; mələklər və ruh əlli min illik bir gündə Ona doğru qalxarlar.”


Nöqtələr
◘”Məaric” sözü yüksəliş məhəlli mənasını bildirən “mərəc” sözünün cəm formasıdır. “Məaric” dedikdə mələklərin enib qalxdığı səmalar nəzərdə tutulur.

◘Mərhum Əllamə Əmini “Əl Ğədir” kitabında hicri 3-cü əsrdən 4-cü əsrədək yaşamış 30 böyük təfsirçi və hədisçinin adını çəkib onların ayə ilə bağlı təfsirini nəql edir: “Səələs sailun” ayəsinin aid olduğu şəxs Peyğəmbərə (s) dedi: “Ğədir günü Əmirəlmöminini (ə) xilafətə özün təyin etdin, yoxsa Allah?! Bizə Həcc, oruc, zəkatı əmr etdin, biz də qəbul etdik. Bununla razılaşmadın və nəhayət öz əmin oğlunu bizə hakim təyin etdin!” Sonra həmin şəxs Əli ibn Əbu-Talibin (ə) canişinliyinin haqq olacağı təqdirdə səmadan başınıa daş yağmasını istədi. Bir daş enib onu məhv etdi və bu ayə nazil oldu. (Qeyd)1


Bildirişlər
1. Bəzi fərdi və kiçik hadisələrin xatırladılması insanların ibrəti üçün təsirlidir. Bu hadisələr yadda saxlanılmalıdır. (Sail Allahın qəzəbinə gələnlərdən biri idi. Amma bu əhvalat Quranda bəyan olunur və tarixin yaddaşına yazılır.)

2. Yersiz və qərəzli bir istək hadisə törədə bilər.

3. Nə qədər ki, Allahın əzabı nazil olmayıb tövbə yolu açıqdır. İnsan sədəqə ilə əzabdan qurtara bilər. Əzab nazil olduqdan sonra qurtuluş yolu qalmır.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin