Nur təFSİRİ


Ayə 10, 11, 12, 13, 14, 15, 16, 17, 18



Yüklə 1,72 Mb.
səhifə118/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   114   115   116   117   118   119   120   121   ...   348
Ayə 10, 11, 12, 13, 14, 15, 16, 17, 18:

﴿وَلَا يَسْأَلُ حَمِيمٌ حَمِيمًا﴾﴿يُبَصَّرُونَهُمْ يَوَدُّ ٱلْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ﴾﴿وَصَاحِبَتِهِ وَأَخِيهِ﴾﴿وَفَصِيلَتِهِ ٱلَّتِي تُؤْويهِ﴾﴿وَمَن فِي ٱلْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ﴾﴿كَلَّآ إِنَّهَا لَظَى﴾﴿نَزَّاعَةً لِّلشَّوَى﴾﴿تَدْعُواْ مَنْ أَدْبَرَ وَتَوَلَّى﴾﴿وَجَمَعَ فَأَوْعَى﴾

Heç bir dost dostunun əhvalını soruşmaz; onlar bir-birlərinə göstərilərlər. Həmin gün günahkar şəxs əzabdan qurtarmaq üçün övladlarını fidyə verməyə razı olar; eləcə də zövcəsini və qardaşını; həmişə ona sığınacaq vermiş yaxınlarını, qəbiləsini; bütün yer əhlini qurban verər ki, xilas olsun; belə deyil, həqiqətən, o şölələnən oddur; bədənin dərisini çəkib ayırar; (bu od haqqa) arxa çevirən hər kəsi çağırar; (var-dövlət) yığıb saxlayanı!”


Nöqtələr
◘”Yəvtədi” dedikdə qurtuluş üçün əvəz vermək, fidyə nəzərdə tutulur. “Fəsilə” sözü insanın ayrıldığı qohum-əqrəba mənasını bildirir. “Tövihi” sözü “məva” sözündən olub sığınacaq vermək mənasını bildirir. Odun xüsusi şöləsi “ləzza” adlanır. “Əva” sözü qab mənasını bildirən “vəa” sözündəndir və burada bir şeyin qaba yığılmasını bildirir. İnsan bədəninin ətraf dərisi “şəva” adlanır.

◘Günahkar qiyamətdə üç şey arzulayır: torpağa dönəydim(Qeyd)1; əməllərimdən qurtulaydım(Qeyd)2; fidyə verib qurtulaydım.

◘Günahkar canını qurtarmaq üçün qurban verərkən kimisə seçmir. O hər şeyi qurban verməyə razıdır. Qiyamət günü ailə-övlad məhəbbəti, dostluq-qardaşlıq hissləri yaddan çıxır. Amma bunun nə faydası!

◘Hazırkı ayələrə əsasən cəhənnəmə düşməyin dörd səbəbi var: insan aşkarda haqqa arxa çevirir, qəlbində haqqa nifrət bəsləyir, var-dövlət toplamaqla məşğul olur, kimsəyə kömək əli uzatmır.


Bildirişlər
1. Dünyadakı rabitələr axirətdə kara gəlmir, onlara əsir olmayın.

2. Qiyamətdə həm ruhi, həm də fiziki əzab var. İnsana yaxınlarının və dostlarının göstərilməsi böyük ruhi əzabdır.

3. Günahkar qiyamət günü hər şeyi qurban vermək bahasına qurtulmaq istəyir.

4. Ehtiyatlı olaq və ailə-övlada, ətrafdakıların məhəbbətinə görə cəhənnəmə düşməyək. Çünki qiyamət günü kimsə köməyə gəlmir, dərdə dəymir.

5. İnsanın özünə məhəbbəti onun ən böyük meylidir.

6. Cəhənnəm odu şüurludur, günahkarı tanıyır.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin