Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə121/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   117   118   119   120   121   122   123   124   ...   348
Ayə 32, 33, 34, 35:

﴿وَٱلَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ﴾﴿وَٱلَّذِينَ هُم بِشَهَادَاتِهِمْ قَآئِمُونَ﴾﴿وَٱلَّذِينَ هُمْ عَلَى صَلَاتِهِمْ يُحَافِظُونَ﴾﴿أُوْلَئِكَ فِي جَنَّاتٍ مُّكْرَمُونَ﴾

Onlar ki əmanətlərə və öz əhdlərinə vəfa qılırlar; onlar ki şəhadətlərinin arxasında dayanırlar; onlar ki, namazlarını hifz edirlər; belələri behiştlərdə əziz tutular.”


Nöqtələr
◘”Məaric” surəsinin 22-35-ci ayələrində İslam ümmətinin və ideal cəmiyyətin siması təsvir olunur. Bu cəmiyyət namaz vasitəsi ilə Allahla daimi və kamil rabitə saxlayır. Onlar məhrumların ehtiyaclarına diqqətlidirlər, öz mallarının bir hissəsini onlara verirlər. Bu cəmiyyət məada inandığından, hesab günündən qorxduğundan öz düşüncə, danışıq və rəftarlarına diqqətlidirlər, əmanət və əhdlərə xəyanət etməzlər. Onlar xalqın haqlarının müdafiəsinə qalxar, şəhadət verdikdə onu danmazlar. Cinsi ehtiraslarının təminində halal yol axtarar, ailə qurar, pak nəsil yetirərlər.

◘Əmanət dedikdə məsuliyyətlər, insanların sirri kimi mənəvi əmanətlər də nəzərdə tutulur.

◘Əhd-peymanı yerinə yetirmək lazımdır. Xalq, Xaliq, dini rəhbərlər, ailə-övlad qarşısındakı məsuliyyətlər yerinə yetirilməlidir.

◘Olsun ki, davamlı namaz dedikdə(Qeyd)1 namazın tərk olunmaması nəzərdə tutulur. Namazın intizarını çəkmək deyərkən vaxtından qabaq dəstəmaz almaq, məsciddə cəmiyyətlə namaz qılmaq, namazın düzgünlük və qəbul şərtlərini yerinə yetirmək nəzərdə tutula bilər. (Qeyd)2

◘Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlərdə əmanətə xəyanət, əhdi yerinə yetirməmək, yalan danışmaq nifaq nişanələrindən sayılır. (Qeyd)3
Bildirişlər
1. İman nişanələri təkcə namaz və infaqdan ibarət deyil. Əhdə vəfa, ictimai məsuliyyətlərin yerinə yetirilməsi iman şərtlərindəndir.

2. Məlumatlı və agah insanların susması günahdır, həqiqətə şahidlik isə iman nişanəsidir.

3. Bütün kamilliklərin başlanğıcı və sonu namaza diqqətdir.

4. Behişt əhli maddi və mənəvi baxımdan təmin olunmuşdur.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin