(71-Cİ SURƏ; 28 AYƏ)
İYİRMİ DOQQUZUNCU CÜZ
“NUH” SURƏSİNİN SİMASI
28 ayədən ibarət olan bu surə Məkkədə nazil olmuşdur. Surənin adı onun ilk ayəsindən götürülmüşdür.
Surədə həzrət Nuhun insanları ardıcıl şəkildə tövhidə dəvətindən bəhs edilir. İnadkar müşriklər hədələnir.
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3:
﴿إِنَّآ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ أَنْ أَنذِرْ قَوْمَكَ مِن قَبْلِ أَن يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌ﴾﴿قَالَ يَا قَوْمِ إِنِّي لَكُمْ نَذِيرٌ مُّبِينٌ﴾﴿أَنِ ٱعْبُدُواْ ٱللَّهَ وَاتَّقُوهُ وَأَطِيعُونِ﴾
“Həqiqətən, biz Nuhu qövmünə doğru göndərdik (və dedik) ağrılı əzab onların sorağına gəlməmiş öz qövmünü qorxut; (Nuh) dedi: “Ey mənim qövmüm! Həqiqətən, mən sizin üçün aşkar bir qorxudanam; Allaha pərəstiş edin, ondan qorxunuz olsun, mənə tabe olun.”
Nöqtələr
◘Həzrət Nuhun əhvalatı “Əraf”, “Hud”, “Muminun”, “Şuəra”, “Qəmər”, “Nuh” surələrində ətraflı şəkildə bəyan olunmuşdur. Bu əhvalat “Hud” surəsinin 25-49 ayələrində daha dəqiq təsvir olunur.
◘Nuh qövmü Nuhu azğınlıqda suçladı. (Qeyd)1 Onu daim məsxərəyə qoyur, divanəlikdə itdiham edirdilər. (Qeyd)2 Amma həzrət Buh yenə də onların hidayətindən əl çəkmirdi.
◘Peyğəmbərlərin ən böyük missiyası tövhidə, səmavi rəhbərə itaətə və təqvaya dəvət olmuşdur.
◘Təbliğ tədrici, addım-addım olmalıdır. Həzrət Nuh öncə qövmünə xəbərdarlıq etdi, sonra onları lənətlədi. (Qeyd)3
◘Həzrət Nuhun Quranda bəyan olunmuş xüsusiyyətləri
-Allah Nuhu xüsusi bir salamla salamlayır. (Qeyd)4 Allah İbrahimi, Musanı, Harunu, İlyası, saleh bəndələrini salamlayarkən heç vaxt “fil aləmin” sözü işlədilməmişdir.
-Yalnız Nuhun peyğəmbərlik müddəti (950 il) Quranda zikr olunmuşdur.
-Nuh yeganə peyğəmbərdir ki, ailə-övladları, qövmü ona müxalif oldu.
-Nuh ən çox yaşamış peyğəmbərdir. O Allahın əmri ilə gəmi düzəltdi, heyvanlar onun gəmisi vasitəsi ilə nicat tapdı, bəşər nəsli davam etdi. Buna görə də Nuh bəşəriyyətin ikinci atası adlandırılır.
-Nuh cahanşümul kitabı və şəriəti olan ilk peyğəmbərdir. (Qeyd)1
-Nuhun nifrini ilə Allah yer üzünü suya qərq etdi.
-Hətta 950 ildən sonra Nuhun tərəfdarları 10 nəfərə çatmadı.
Bildirişlər
1. Tarixi yada salarkən tərbiyəvi nöqtələrlə kifayətlənmək lazımdır. Məkan və zamanla bağlı xırdalıqların nəqli rol oynamır.
2. Qafil insanlara müjdə yox, xəbərdarlıq təsir edir.
3. Xəbərdarlıqdan öncə cəzalandırmaq düzgün deyil.
4. Dinlə bağlı xəbərdarlıqlar şəffaf və mərhəmətli olmalıdır.
5. Peyğəmbərlərə itaət Allah və məada imanın səmərəsidir. Öncə tövhid və təqva, sonra peyğəmbərə itaət.
Dostları ilə paylaş: |