Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə129/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   125   126   127   128   129   130   131   132   ...   348
﴿وَقَدْ أَضَلُّواْ كَثِيرًا وَلَا تَزِدِ ٱلظَّالِمِينَ إِلَّا ضَلَالًا﴾﴿مِمَّا خَطِيئَاتِهِمْ أُغْرِقُواْ فَأُدْخِلُواْ نَارًا فَلَمْ يَجِدُواْ لَهُم مِّن دُونِ ٱللَّهِ أَنصَارًا﴾

Şübhəsiz, bir çoxlarını azdırdılar. Zalımların yalnız azğınlığını artır. Onlar xətalarına görə qərq oldular, vəsfə gəlməz oda daxil edildilər. Özləri üçün Allahdan başqa yardımçı görmədilər.”


Nöqtələr
◘Qərq olmaq, oda daxil edilmək dedikdə cəhənnəm yox, bərzəx odu nəzərdə tutulur. Onlar qərq olduqdan sonra oda daxil edildilər.

◘Quranda azğınlıq vasitəsi olaraq fərdlər və işlər tanıtdırılır: boş söhbət, yalanın yayılması, şayiələr düzəldilməsi, müqəddəsliklərdən sui-istifadə, riyakarlıq, şeytan, tağut, azğın sənətçi, məsuliyyətsiz alim, dinini satan, həqiqəti gizləyən, dünyanı axirətdən üstün tutan, münafiq.1 (Qeyd)


Bildirişlər
1. Haqqın yerini tutan istənilən bir şey azğınlıq səbəbidir.

2. Mənfi təbliğat öz işini görür.

3. Azğınlığın dərəcələri var.

4. Allahın qəzəbini doğuran öz əməllərimizdir.

5. Şirk xətalar üçün zəmindir.

6. Nuh qövmünün qərq olması azğınlara göndərilmiş cəzaların bir növüdür.

7. Bərzəx odu su arasında da şölələnir.

8. Peyğəmbərə arxa çevirməyin cəzası tənhalıqdır.

9. Allahı olanın bir yox, minlərlə yardımçısı var.

10. Allahın qəzəbi qarşısında var-dövlət, bütlər, qurğular, ailə-övlad, ətraf faydasızdır.


Ayə 26, 27:


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin