Bildirişlər
1. İslam peyğəmbəri (s) təkcə müasirləri üçün yox, həm də özündən sonrakı nəsllər, irqlər və millətlər üçün göndərilmişdir.
2. İslamın gələcək nüfuzunun qarşısını heç bir qüdrət ala bilməyəcək.
3. Allahın qüdrət və hikməti peyğəmbərlərə arxadır.
4. Ötən peyğəmbərlərinin göndərilməsi dəlili olan hikmət İslam peyğəmbərinin (s) də besəti üçün dəlildir.
5. Peyğəmbərlik Allahın istədiyi şəxsə əta etdiyi fəzl və böyük məqam olsa da, Allah hikmət sahibi olduğundan yalnız əhlini bu məqama çatdırır.
Ayə 5:
﴿مَثَلُ ٱلَّذِينَ حُمِّلُواْ ٱلتَّوْرَاةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ ٱلْحِمَارِ يَحْمِلُ أَسْفَاراً بِئْسَ مَثَلُ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُواْ بِآيَاتِ ٱﷲِ وَٱﷲُ لَا يَهْدِي ٱلْقَوْمَ ٱلظَّالِمِينَ﴾
“Tövrata vəzifəli edilmiş amma bu haqqı ödəməyənlər kitab yüklü ulağ kimidirlər. (Apardıqlarından xəbərsizdirlər) Allahın ayələrini inkar edənlər üçün pis məsəl var. Allah sitəmkar qövmü hidayət etməz.”
Nöqtələr
◘Ötən ayələrdə besətdən danışıldı. Hazırkı ayədə əllərindəki Tövrat vasitəsi ilə Peyğəmbəri (s) tanıyan, amma inadkarlıq göstərib onu qəbul etmək istəməyən yəhudilər nəzərdə tutulur.
◘”Əsfar” sözü kitab mənasını bildirən “sifr” sözünün cəm formasıdır. “Əsfar” dedikdə həqiqətlərin üzərindən pərdəni qaldıran mənası anlaşılır.1 (Qeyd) Tövrat müxtəlif hissələrdən ibarətdir. Onun Quran surəsi kimi hər bir hissəsini “sifr” adlandırırlar. Məsələn, yaranış sifri.
◘Quran bu ayədə yəhudiləri məzəmmət etsə də bu məzəmmətlə müsəlmanları qəflətdən oyadır. Onların nəzərinə çatdırılır ki, məbadə Quranı eşidib ona əməl etməyəsiniz!
◘Qurani-kərim bir neçə məqamda yoldan çıxmış insanları dördayaqlıya bənzədir. Bu ayədə işarə olunmuş əməlsiz alimlər də bu qəbildəndir.2 (Qeyd)
◘Sədi deyir:
Nə qədər çox oxusan da unutma
Əməl yoxsa, bərabərsən nadana.
Əməlsizi alim saymağa dəyməz,
Kitab yüklü bir canlıdır o nakəs.
Başı boş olana fərqi nədir ki,
Çır-çırpıdır, yoxsa kitabdır yükü.
◘Həzrət Əli (ə) buyurur: “Elminə əməl edən alim qurtuluş əhlidir. Elminə əməl etməyən isə həlak olanlardandır və peşimanlıq çəkəsidir. Onun pis qoxusu cəhənnəm əhlini narahat edər. Allaha doğru dəvət etdiyi xalq dəvəti qəbul edib behiştə daxil olan, amma özü cəhənnəmə gedən kəs cəhənnəmdə ən çox peşimançılıq çəkəsidir. Çünki o azğın nəfsə və uzun-uzadı arzulara uymuşdu.”3 (Qeyd)
◘İmam Sadiq (ə) buyurur: “Bildiyinə əməl etməyən alimin moizəsi qəlblərə yatmaz. Necə ki yağış daşdan sovuşub keçir.”4 (Qeyd)
◘İmam Səccad (ə) buyurur: “İncildə bildirilir ki, bildiyinə əməl etməyən alim yalnız küfr yükünü artırıb Allahdan uzaqlaşar.”5 (Qeyd)
◘Hazırkı ayədə çox sərt bir misal çəkilir. Əməlsiz alimlər ciddi məzəmmət olunur. Din öncüllərinin də bu mövzuda bənzətmələri çoxdur. Onlardan bəzilərini nəzərdən keçirək: “Əməlsiz alim şam kimidir; başqaları onun nurundan faydalanar, özü isə həlak olar”6 (Qeyd); “əməlsiz alim xərclənməyən xəzinə kimdir”7 (Qeyd); “pis alim suyun qarşısını kəsmiş daş kimidir; nə özü içir, nə də başqalarına imkan verir”8 (Qeyd); “əməlsiz alim üfunətlə dolu nəcasət quyusu kimidir”1 (Qeyd); “əməlsiz alim çölü bəzəkli, içindəki sümükləri çürümüş qəbir kimidir.”2 (Qeyd)
Dostları ilə paylaş: |