Ayə 28:
﴿رَبِّ ٱغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَن دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَاتِ وَلَا تَزِدِ ٱلظَّالِمِينَ إِلَّا تَبَارًا﴾
“Pərvərdigara, məni və ata-anamı, evimə imanla daxil olan hər kəsi, imanlı kişi və qadınları bağışla. Zalımların yalnız həlakını artır.”
Nöqtələr
◘Duanın əhatə dairəsi geniş olmalıdır. Dua keçmişi və indini, insanın özünü və yaxınlarını, bütün möminləri əhatə etməlidir.
◘İmam Riza (ə) buyurur: “Həzrət Nuhun evi Kufə məscidinin yerində olmuşdur. Evə daxil olanlar dedikdə Kufə məscidinə daxil olanlar nəzərdə tutulur.”
◘Kərbəlada imam Hüseyn (ə) müxaliflərdən bəzisini öldürməyib buyururdu: “Nəslində mömin gördüyüm müxalifi öldürmürəm.”
Bildirişlər
1. Dua və nifrində mübarək “Rəbb” adından güc alaq.
2. Peyğəmbərlər nə qədər çalışsalar da öyünmürdülər.
3. Allahdan bağışlanma diləyərkən başqalarına önəm vermək yaxşıdır.
4. Yaxın və uzaq qohumlar düşüncə baxımından münasib olduqda ilahi lütfdən faydalanır.
5. Duada möminlər üçün rəhmət və bağışlanma, zalımlara ölüm və həlakət istəyin.
“CİNN” SURƏSİ
Dostları ilə paylaş: |