Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə132/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   128   129   130   131   132   133   134   135   ...   348
(72-Cİ SURƏ; 28 AYƏ)
İYİRMİ DOQQUZUNCU CÜZ
CİNN” SURƏSİNİN SİMASI
“Cinn” surəsi Məkkədə nazil olmuşdur, 78 ayədən ibarətdir. Surənin adı onun ilk ayəsindən götürülmüşdür.

Surədə Quranı dinləyən bir qrup cinin iman gətirməsindən danışılır. Surədə Allahdan başqasına pərəstiş etməməyin zəruriliyi vurğulanır. Surədə bildirilir ki, qeyb elmi Allaha məxsusdur və Allahın izni olmadan kimsə bu elmdən xəbər tuta bilməz.


بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2:

﴿قُلْ أُوحِيَ إِلَيَّ أَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِّنَ الْجِنِّ فَقَالُوا إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًا﴾﴿يَهْدِي إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ وَلَن نُّشْرِكَ بِرَبِّنَا أَحَدًا﴾

De: mənə vəhy oldu ki, cinlərdən bir qrupu (mənim qiraətimi) dinləyib söylədilər: “Həqiqətən, biz heyrətamiz bir Quran eşitdik; yüksəlişə doğru sövq edir. Ona iman gətirdik və heç vaxt kimsəni Rəbbimizə şərik qoşmarıq.”


Nöqtələr
◘”Nəfər” dedikdə üç, yeddi və ya on nəfərlik qrup nəzərdə tutulur.

◘İlahi dünya görüşündə varlıq aləmi təkcə gördüklərimizdən ibarət deyil və görünənlər təkcə bizim müşahidə etdiklərimiz deyil.

Milyardlarla ulduzdan ibarət kəhkəşan kəşf edən insan iddia etməməlidir ki, bütün varlıq aləmi ilə tanış olub. Biz vəhyə tabe oluruq, Quranın buyurduqlarına inanırıq. Quranda cinlərlə bağlı bir sıra ayələr var. Bu ayələrdə buyurulur: Cin insandan öncə yaradılmışdır(Qeyd)1; Cinin də insan kimi məqamı var, yaranış məqsədi insanla eynidir(Qeyd)2; Cinə də əmr olunur, qadağa qoyulur3; Cin oddan yaradılıb, şeytan da həmin məddədəndir(Qeyd)4; Biz onları görməsək də onlar bizi görürlər, övliyalara xidmət edirlər. (Qeyd)5

◘Bütün təəccüblü işlər və ixtiralar qısa bir müddətdən sonra adiləşir. Amma Quran hər an heyrətə gətirir və onun heyrətamizliyi əbədidir. Onun adiləşmədiyi “Nəhcül-bəlağədə” də təsdiqlənir. (Qeyd)1

◘Əgər bütün qeyri-adi işlər bir yönümdən təəccüblüdürsə, Quranın heyrətamizliyi saya gəlmir. Peyğəmbər (s) buyurur ki, Quran söz, məzmun, yığcamlıq, fitrətə uyğunluq baxımından misilsizdir. (Qeyd)2

◘Hədisdə bildirilir ki, Quranla ünsiyyətə qatılan insan kamilləşir, onun cəhaləti aradan qalxır. (Qeyd)3

◘İnsan Qurana bir neçə cür münasibət göstərə bilər: eşidib iman gətirər, eşidər və imanı artar(Qeyd)4, eşidər və öz yolunu gedər(Qeyd)5, eşidib qəbul edər(Qeyd)6, eşidib böhtan yağdırar(Qeyd)7, eşidib təhqir edər(Qeyd) (Qeyd)8, eşidər və başqalarının dinləməsinə mane olar(Qeyd)9.

Cinlər Quranın imtiyazını anlayıb heyrətə gəldilər. Amma inadkar ərəblər Quranda təəccüblü bir şey olmadığını iddia edib, özlərini də Quran kimi kitab yaratmağa qadir saydılar. (Qeyd)10

◘Yüksəliş yolu haqq yoldur. Maraqlıdır ki, bunu cinlər təsdiqləyir. (Qeyd)11
Bildirişlər
1. Peyğəmbər (s) şəxsən cinləri görmədi, vəhy yolu ilə onların dinləməsindən xəbər tutdu.

2. Cin torpaqdan olmasa da insanın danışığını eşidir.

3. Quranın tilavətini dinləmək insanın vücuduna təsir göstərir.

4. Quran söz və məzmun baxımından bütün kitablardan fərqlənir.

5. Bizi inkişaf etdirən sözləri dinləyək.

6. Cinlərdə dinləmək, danışmaq, araşdırmaq gücü var.

7. Quranın hidayəti, doğru yola sövq etməsi daimidir. İnsan üçün əsil yüksəliş mənəvi yüksəlişdir.

9. Yüksəliş vasitəsinin olması bəs etmir ixtiyarında bu vasitə olan kəs addım atmalıdır.

10. İman və ixlas inkişaf nişanəsidir.

11. Qəbul üçün hazırlıq olsa insan bir neçə ayəni dinləyib həqiqəti anlayar və başqalarını da doğru yola çağırar.

12. Kamil iman heç vaxt şirkə yoldaş olmur.
Ayə 3, 4, 5:

﴿وَأَنَّهُ تَعَالَى جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَلَا وَلَدًا﴾﴿وَأَنَّهُ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى اللَّهِ شَطَطًا﴾﴿وَأَنَّا ظَنَنَّا أَن لَّن تَقُولَ الْإِنسُ وَالْجِنُّ عَلَى اللَّهِ كَذِبًا﴾

Həqiqətən o, böyük və cəlallı Rəbbimiz özünə nə bir zövcə, nə də övlad götürmüşdür. Bizim səfehlərimiz Allah haqqında haqsız sözlər danışırdılar. Elə güman edirdik ki, cin və insan heç vaxt Allah haqqında yalan söyləməz.”


Nöqtələr
◘”Cədd” sözü əzəmət mənası bildirir. Bu söz babaya işarə olduqda onun ailədə böyüklük və əzəmətini göstərir.

◘”Şətət” dedikdə haqqdan uzaq zalımcasına danışıq nəzərdə tutulur. “Səfihuna” dedikdə ya düşüncəsizlər, ya da cinlərdən olan və Allaha etiraz etmiş İblis nəzərdə tutulur.


Bildirişlər
1. Yüksəlişdə ilk addım Allahı tanımaqdır.

2. Cinlər də bilir ki, Allahın zövcəsi və övladları yoxdur.

3. Ailə-övlad Allahın yeganəlik və ehtiyacsızlıq şənlərindən uzaqdır.

4. Haqsız söz danışmaq səfehliyi göstərir.

5. Cinlər insanların nə düşündüyündən xəbərdardır.
Ayə 6, 7, 8:

﴿وَأَنَّهُ كَانَ رِجَالٌ مِّنَ الْإِنسِ يَعُوذُونَ بِرِجَالٍ مِّنَ الْجِنِّ فَزَادُوهُمْ رَهَقًا﴾﴿وَأَنَّهُمْ ظَنُّوا كَمَا ظَنَنتُمْ أَن لَّن يَبْعَثَ اللَّهُ أَحَدًا﴾﴿وَأَنَّا لَمَسْنَا السَّمَاء فَوَجَدْنَاهَا مُلِئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًا﴾

Həqiqətən, bəzi insanlar bəzi cinlərə pənah aparır, onların azğınlığını gücləndirir. Siz güman etdiyiniz kimi onlar da güman edirdilər ki, Allah heç vaxt bir şəxsi məbus etməyəcək. Biz səmalara yaxınlaşmaq istədik, amma orada güclü keşikçilər və qaynar daşlarla rastlaşdıq.”


Nöqtələr
◘”Rəhəq” dedikdə insanın qəbahətli və pis işi nəzərdə tutulur.

◘Cinlərə sığınmaq dedikdə cinlərlə əlaqədə olan insanlara müraciət edilməsi nəzərdə tutulur. Rəvayətlərə əsasən, burada şeytanın ilhamı nəzərdə tutulur. Bəziləri müşküllərinin həllini ondan istəyir. (Qeyd)1

◘Quran nuru ilə işıqlanan, yüksələn kəs bütün düşüncə və əməl azğınlıqlarından qurtulur. Quran yüksəlişə hidayətdən danışdıqdan sonra bəzi azğın əqidələri açıqlayır. Bu azğın əqidələrdən biri də Allaha zövcə və övlad aid edilməsidir. Belə haqsız danışanlar Allahı qoyub cinlərə sığınır və qiyamətin baş verməyəcəyini düşünür.
Bildirişlər
1. Cinlərə sığınmaq boş və səfeh bir işdir.

2. Cinlərin də insanlar kimi kişi və qadını var.

3. Məqsədə çatmaq üçün cinlərlə rabitənin yanlış addım olduğu bildirilir. Belə bir addım hər iki tərəfin azğınlığını artırır.

4. Qiyaməti inkar edənlərin heç bir elmi dəlili yoxdur. Onlar zənn-gümana uyurlar.

5. Cinlər insanların əqidələrindən xəbərdardır.

6. Cinlərdən bəziləri kafirdirlər və qiyaməti inkar edirlər.

7. Cin səma ilə təmasda ola bilər.

8. Azğınlara harada gəldi yer verməyin.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin