Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə134/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   130   131   132   133   134   135   136   137   ...   348
Nöqtələr
◘”Rəsəd” dedikdə nəzarətçilər, keşikçilər mənası nəzərdə tutulur. “Qədd” sözünün cəm forması olan “qidəd” sözü kəsilmiş, “təraiqə qidəda” çeşidli məsləklər mənasını bildirir.

◘Bu ayələrdən aydın olur ki, cinlərin möminləri Quranı dinləməklə yanaşı öz zəifliklərini və Allahın əzəmətini etiraf edir, seçim üçün azad buraxıldıqlarını anlayırlar.


Bildirişlər
1. Quranın nazil olması səmalarda da öz təsirini göstərdi. Cinlər Quran nazil olmamışdan səma xəbərlərini dinləyirdilər. Quran nazil olandan sonra bu işə qadağa qoyuldu.

2. Cinlər bəşəriyyətin və dünyanın gələcəyindən xəbərsizdirlər.

3. Gizli dinləməyin ağır cəzası var.

4. Quranda xeyir və bərəkətin Allahın əlində olduğu bildirilir. Şər və pisliklər isə öz əməllərimizin nəticəsidir.

5. İnkişaf etdirmək Allahın rübubiyyət şənindəndir.

6. Cinlərin təbiət və fitrəti fəsad üzərində qurulmayıb. Cinlər arasında da salehləri var.

7. Qruplara bölünmək azadlığı göstərir.

8. Nə müqavimət, nə də qaçmaqla Allahı aczi qoymaq olmaz.


Ayə 13, 14, 15:

﴿وَأَنَّا لَمَّا سَمِعْنَا الْهُدَى آمَنَّا بِهِ فَمَن يُؤْمِن بِرَبِّهِ فَلَا يَخَافُ بَخْسًا وَلَا رَهَقًا﴾﴿وَأَنَّا مِنَّا الْمُسْلِمُونَ وَمِنَّا الْقَاسِطُونَ فَمَنْ أَسْلَمَ فَأُوْلَئِكَ تَحَرَّوْا رَشَدًا﴾﴿وَأَمَّا الْقَاسِطُونَ فَكَانُوا لِجَهَنَّمَ حَطَبًا﴾

Doğru yolu (Quranı) dinləyib ona iman gətirdik . Hər kəs Rəbbinə iman gətirsə, nə haqqının kəsilməsindən, nə də sitəmdən qorxar. Bəzilərimiz təslim olmuş, bəzilərimiz sitəmkardır. Təslim əhli olanlar yüksəliş sorağındadır. Sitəmkarlar isə cəhənnəm çırpısıdır.”


Nöqtələr
◘”Bəxs” dedikdə zülmlə əskiltmə, “rəhəq” dedikdə səfehlik və azğınlıq mənası nəzərdə tutulur. (Qeyd)1

◘”Qist” sözü bəhrə, qismət mənasını bildirir. Başqasının payını götürənə “qasit” deyilir. Başqasının payını verən isə “məqsut” adlanır.

◘”Təhərrəv” dedikdə istəmək mənası nəzərdə tutulur.

◘”Qasitun” sözü “muslimun” sözünün antonimi kimi işlədilmişdir. Bəli, təslim əhli ədalətli olmalıdır.

◘Surənin hazırkı ayələrində Quranı dinləyib öz nəzərini bildirən cinlərdən danışıldı. Onların danışığı təbliğatçı üçün faydalıdır. Cinlərlə bağlı bəzi səciyyələri nəzərdən keçirək: diqqətlə dinləmək, dəstəliklə iştirak, haqqa sevinib hisslərini büruzə vermək, təbliğat, əqidə və meyllərin izharı, azğınlardan uzaqlıq, batil əqidələrin rəddi, azğınların təhqiri, başqalarının azğınlığına təəssüf, xürafat və batil meyllərin inkarı, haqqın əzəmətinin bəyanı, haqqın qüdrətinin bəyanı, insanın zəifliyinin bəyanı, iman əhlinə ümid verilməsi, müsəlmanlarla sitəmkarların müqayisəsi, əməlləri ilə dəvət etmələri, yaxşılıq və yaxşıları seçmək, söhbətə əsas məsələdən başlamaq.
Bildirişlər
1. Quran başdan-başa doğru yola çağırışdır.

2. Xeyir işdə sürət bu işin dəyərini artırır.

3. Qurana iman aləmlərin rəbbinə imandır.

4. İman mükafatın kamilliyini təzmin edir.

5. Müsəlmanlar ədalətsevər olmalıdır.

6. Cinlər lətif varlıq olsalar da, onlara cismani əzab verilir.

7. Həm günahkar insanlar, həm də azğın cinlər cəhənnəmin çırpısı, yanacağıdır.
Ayə 16, 17:


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin