﴿وَأَلَّوِ اسْتَقَامُوا عَلَى الطَّرِيقَةِ لَأَسْقَيْنَاهُم مَّاء غَدَقًا﴾﴿لِنَفْتِنَهُمْ فِيهِ وَمَن يُعْرِضْ عَن ذِكْرِ رَبِّهِ يَسْلُكْهُ عَذَابًا صَعَدًا﴾
“Əgər haqq yolda sabit qədəm olsalar onları bol su ilə sirab edərik. Bununla onları imtahana çəkərik. Hər kəs Rəbbinin zikrindən yayınsa ağır əzaba düçar olar.”
Nöqtələr
◘”Ğədəq” dedikdə bol, “səəd” dedikdə ağır və müşkül mənaları anlaşılır.
◘İmam Baqir (ə) buyurur: “Sabitqədəmlik dedikdə Əhli-beyt (ə) yolunu tutmaq nəzərdə tutulur. İmam Sadiqdən (ə) nəql olunur ki, bizim vilayət yolumuzda sabitqədəm olanlar böyük elmdən faydalanar.1 (Qeyd)
◘Müqayisə üsulu ən yaxşı tərbiyə üsullarındandır. Bir ayədə sabitqədəmlik və yağış, digər ayədə etiraz və əzab yada salınır. Bu müqayisə ilə haqq batildən seçilir.
◘Allah zikrindən uzaqlıq həm dünya, həm də axirətdə çətinliyə səbəb olur.2 (Qeyd)
Bildirişlər
1. İmandan da mühümü imanda sabitqədəmlikdir.
2. Yollar arasında yalnız biri haqdır.
3. İmanın faydalarından danışmaq ən yaxşı təbliğ üsuludur.
4. İman təkcə axirətə yox, həm də dünya həyatına təsir göstərir.
5. Doğru yolda sabitqədəmlik dəyərdir. Əyri yollarda israr inadkarlıq və korluqdur.
6. Ruzinin çoxluğu sınaq vasitələrindən biridir. (Həzrət Süleyman Ruzinin çoxluğunu sınaq vasitəsi bilirdi. (Qeyd)3
7. Doğru yolda sabitqədəmlik təbiətə təsirlidir.
8. Rifah insanı yuxuya verir.
9. Ruzi artdıqca qürrələnməyin.
10. Hətta doğru yolda sabitqədəmlikdən sonra işinizi başa çatmış saymayın. Qarşıda başqa sınaqlar var.
11. Allahın həm məhəbbəti var, həm də qəzəbi.
12. Cəhənnəmə sürüklənmə səbəblərindən biri Allah zikrindən uzaqlıqdır.
13. Bəzən yağış sınaq vasitəsi olur. Onun şükrü yerinə yetirilmədikdə ardınca qəzəb gəlir.
Dostları ilə paylaş: |