Bildirişlər
1. Varlıq aləmi təkcə gözlə görünənlərdən ibarət deyil, bir çox işlər müşahidə olunmur.
2. Falçılar, kahinlər yalançıdırlar və onların qeyb elmindən xəbərləri yoxdur.
3. Kimsə nəzarətdən ehtiyacsız deyil.
4. Allahın vəhyi mələklər vasitəsi ilə qorunur.
5. Peyğəmbər vəhyin qəbulu və bəyanında xətaya yol vermir.
6. Allah mələklər vasitəsi ilə hifz edir.
7. Allahın elmi xülasə yox, kamildir.
“MUZƏMMİL” SURƏSİ
(73-CÜ SURƏ; 20 AYƏ)
İYİRMİ DOQQUZUNCU CÜZ
“MUZZƏMMİL” SURƏSİNİN SİMASI
Bu surə 20 ayədən ibarətdir, Məkkədə nazil olmuşdur. Surənin adı onun ilk ayəsindən götürülmüşdür. “Muzzəmmil” dedikdə “kilimə bürünmüş” mənası başa düşülür.
Surədə İslam peyğəmbəri (s) gecə ibadətinə və Quran tilavətinə çağırılır. Bu surədə məaddan, həzrət Musanın azğın Fironun sorağına göndərilməsindən danışılır.
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
Dostları ilə paylaş: |