﴿إِنَّا أَرْسَلْنَا إِلَيْكُمْ رَسُولًا شَاهِدًا عَلَيْكُمْ كَمَا أَرْسَلْنَا إِلَى فِرْعَوْنَ رَسُولًا﴾﴿فَعَصَى فِرْعَوْنُ الرَّسُولَ فَأَخَذْنَاهُ أَخْذًا وَبِيلًا﴾
“Həqiqətən, biz əməllərinizə şahid olası peyğəmbəri sizə doğru göndərdik. Necə ki, Firona doğru peyğəmbər göndərmişdik. Amma Firon həmin peyğəmbərə itaətsizlik etdi, biz onu ağır əzabla yaxaladıq.”
Nöqtələr
◘”Və bil” dedikdə ağrılı, ağır mənası anlaşılır.
◘Şəhadət insanın öz hiss üzvləri ilə bir şeyi eşitməsi və ya görməsini bildirir. Ayə və rəvayətlərə əsasən həzrət Peyğəmbər (s) və məsum imamlar əməllərimizə şahiddirlər.
◘Ayələrdə “rəsul” sözünün təkrarlanması göstərir ki, müxaliflər peyğəmbərlərlə yalnız onların peyğəmbərlik məqamına görə mübarizə aparmışlar. Ayələrdə “Firon” adı da təkrarlanır. Bu isə Allahın ən böyük güc sahibini də aciz qoymasını bildirir.
◘Quranın başqa iki ayəsində İslam peyğəmbəri (s) şahid adı ilə tanıtdırılır.1 (Qeyd)
◘Bütün peyğəmbərlər öz qövmlərinə məbus edilmişlər. Yalnız həzrət Musa belə Firona üz tutmalı olmuşdur. Bəli, zalım rejimdə tağutla, yəni azğın hakimlə mübarizə birinci pillədə dayanır.
Dostları ilə paylaş: |