Bildirişlər
1. Qiyamətdə kafirlər üçün cəhənnəmdən qurtuluş yolu yoxdur.
2. Dünyadakı qüdrət sahibləri elə dünyadaca Allahın əzabından qurtula bilmədilər. Belələri axirətdə nə edəcək?!
3. Qəm-qüssə, acı hadisələr və nigarançılıqlar insanı qocaldır, onun saç-saqqalını ağardır.
4. Qiyamət hadisələri həm insana, həm də səmalara təsirlidir.
5. İnsan azad yaradılmış, ona seçim imkanı verilmişdir.
6. Qiyamət təhlükələrindən xəbərdarlıq insan üçün nəsihətdir.
7. Allahın rübubiyyəti onun yolunu seçməyimizi tələb edir.
Ayə 20:
﴿إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَى مِن ثُلُثَيِ اللَّيْلِ وَنِصْفَهُ وَثُلُثَهُ وَطَائِفَةٌ مِّنَ الَّذِينَ مَعَكَ وَاللَّهُ يُقَدِّرُ اللَّيْلَ وَالنَّهَارَ عَلِمَ أَن لَّن تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ فَاقْرَؤُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرْضَى وَآخَرُونَ يَضْرِبُونَ فِي الْأَرْضِ يَبْتَغُونَ مِن فَضْلِ اللَّهِ وَآخَرُونَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ فَاقْرَؤُوا مَا تَيَسَّرَ مِنْهُ وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا وَمَا تُقَدِّمُوا لِأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ اللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا وَاسْتَغْفِرُوا اللَّهَ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ﴾
“Həqiqətən, sənin Rəbbin bilir ki, sən və səninlə olanlardan bir dəstəsi gecənin üçdə ikisini, ya yarısını, ya da üçdə birini ibadətə durursunuz. Allah gecə və gündüzü ölçüb müəyyənləşdirir. O bilir ki, siz gecəni dəqiq hesablaya bilməzsiniz. Buna görə də sizi bağışladı (gecənin dəqiq hesabını istəmədi). Bacardığınız qədər Qurandan oxuyun. Allah bilir ki, bəziləriniz xəstələnəcək, bəziləriniz Allahın fəzlindən ruzi diləmək üçün səfərə çıxacaq, bəziləriniz Allah yolunda cihada məşğul olacaq. (Buna görə də Quran tilavət edə bilməyəcək). Nə qədər bacarırsınızsa Quran oxuyun, namaz qılın, zəkat ödəyin, Allaha borc verin, gözəl bir borc! (Bilin ki) Özünüz üçün öncədən göndərdiyinizi Allahın yanında daha yaxşı, daha böyük müküfatla alacaqsınız. Allahdan bağışlanma diləyin. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Dostları ilə paylaş: |