Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə149/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   145   146   147   148   149   150   151   152   ...   348
Nöqtələr
◘Ayədə buyurulur ki, gecə namazı, Quran tilavəti, məhrumlara yardım kimi xeyir işlərlə öyünməyin, yenə də tövbə qılın.

◘Bu ayə gecələr göz yaşından tutmuş gündüzlər cihadadək İslamın əhatə dairəsini göstərir. Allahla rabitədən yoxsullara yardımadək, Quran tilavətindən ticarət səfərlərinədək təlaşlar bu dairəyə daxildir.

◘Ötən ayələrdə buyuruldu ki, gecənin yarısını, ya üçdə birini, ya da üçdə ikisini ibadətə məşğul olun. Bu ayədə isə gecə ibadətləri ilə bağlı hesab aparmağın çətinliyi bildirilir və insan həmin hesabatdan azad olunur. Allah insanı bağışlayır, ondan bacardığı qədər ibadət istəyir. Xüsusi ilə xəstələr və səfərə çıxanlar üzürlü sayılır.

◘İmam Riza (ə) hazırkı ayənin təfsiri ilə bağlı peyğəmbərdən belə nəql edir: “Nə qədər ki xüşulusunuz və qəlbinizdə səfa var Quran oxuyun.”1 (Qeyd)

◘Bu ayədə ticarət məqsədi ilə səfər cihadla yanaşı zikr olunur. Hansı ki birinci iş dünyəvi, ikinci isə üxrəvidir. Rəvayətlərə əsasən əgər tacir öz işində Allahı yadda saxlasa, əskik və baha satmasa, möhtəkirliyə yol verməsə Allah yolunda vuruşan mücahid kimidir.2 (Qeyd)

◘Quran tilavəti vacib olmasa da, çox tövsiyə edilir. Belə ki, bir ayədə iki dəfə Quran tilavət etmək tapşırılır.

◘İslam hökmləri insanların hökmlərinə uyğundur. Kimsə gücündən artıq yüklənməyib. Xəstə dəstəmaz əvəzinə təyəmmüm edir, oruc tutmur. İlahi göstərişlərin uyğun səciyyələrini açıqlayan bəzi ayələri nəzərdən keçirək: Allah imkanınızın çatmayacağını bilib bunu sizə bağışladı; Bacardığınız qədər Quran oxuyun; Sizin üçün yüngülləşdirildi3;(Qeyd) Gücünüz çatdığı qədər qüvvə toplayın4;(Qeyd) İmkanı çatan Həccə getsin5; (Qeyd)Allah kimsəni gücündən artıq yükləməmişdir6;(Qeyd) Allah yalnız əta etdiyi qədər istəyir7;(Qeyd) Xəstələnən və ya səfərdə olan ramazan ayında oruc tutmasın8;(Qeyd) Su tapmasanız təyəmmüm edin9;(Qeyd) Allah sizin üçün asanlıq istəyir10(Qeyd); Kor və xəstə cihadda iştirak etməyə borclu deyil.11 (Qeyd)
Bildirişlər
1. Allahın öz bəndələrinin əməllərindən xəbərdarlığı onları yaxşılığa sövq edən təsirli amildir.

2. Gecə ibadətinin ən böyük bərəkəti yalnız Allaha məlumdur.

3. Peyğəmbər Allahın əmri əsasında hərəkət edir.

4. Allah gecə ibadətinin miqdarını insanın ixtiyarında qoymuşdur ki, hər adam bu ibadətdən faydalana bilsin. Hər kəs gücü həddində gecə ibadəti edə bilər.

5. Gecə ibadəti Peyğəmbər (s) səhabələrinin səciyyələrindən olub.

6. Gecə ibadətində namaz və Quran tilavəti daha üstündür.

7. Allahın qoyduğu vəzifələr asandır, insan üçün çətinlik yaradılmayıb.

8. İnsan istənilən bir şəraitdə Quranla rabitə saxlamalı, hətta xəstə olarkən, səfər və cihadda Quran tilavət etməlidir.

9. Halal mal qazanmaq Allahın fəzlidir. İnsan təlaş göstərib maddi ehtiyaclarını ödəsə də, bütün bu nemətlər Allahın lütf və fəzlidir.

11. Cihadla yanaşı ticarət səfərlərinin yada salınması iqtisadiyyatın əhəmiyyətini göstərir.

12. İnsan gözəl şəkildə borc verməli, minnət qoymamalıdır.

13. Gecə ibadətləri, Quran tilavəti, namaz, zəkat və gözəl borc vermək xeyir iş nümunələrindəndir.

14. Ölüm qapınızı döyənədək xeyir iş azuqəsi toplayın. Bunun üçün çalışın, bu məqsədlə vəsiyyət edin.

15. Xeyir işlər axirət azuqəsidir.

16. Xeyir işlər Allahın yanında qeydə alınır, heç vaxt yaddan çıxmır.

17. Allahın mükafatları istənilən halda qat-qat artıqdır.

18. Kimsə özünü nöqsansız bilməməlidir. Bütün vəzifələri icra etsək də istiğfarı yaddan çıxarmamalıyıq.

19. Allah istiğfar, tövbə əhlini bağışlayacağını vəd edir.

20. Allah mehribanlıqla əfv edir.
MUDDƏSSİR” SURƏSİ


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin