Nur təFSİRİ


Ayə 32, 33, 34, 35, 36, 37



Yüklə 1,72 Mb.
səhifə157/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   153   154   155   156   157   158   159   160   ...   348
Ayə 32, 33, 34, 35, 36, 37:

﴿كَلَّا وَالْقَمَرِ﴾﴿وَاللَّيْلِ إِذْ أَدْبَرَ﴾﴿وَالصُّبْحِ إِذَا أَسْفَرَ﴾﴿إِنَّهَا لَإِحْدَى الْكُبَرِ﴾﴿نَذِيرًا لِّلْبَشَرِ﴾﴿لِمَن شَاءَ مِنكُمْ أَن يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ﴾

Belə deyil, and olsun aya; and olsun gecəyə döndüyü vaxt; and olsun sübhə aşkarlandığı vaxt; bu (cəhənnəm) ən böyük hadisələrdəndir; xəbərdarlıqdır bəşərə; sizdən önə keçmək və ya dala qalmaq istəyən hər kəs üçün!”


Nöqtələr
◘”Səfər” sözündən olan “əsfər” sözü pərdəni qaldırıb üzə çıxarmaq mənasını bildirir. Hicabsız, örtüksüz qadınlar “safrat” adlanır.

◘”Kubra” sözünün cəm forması olan “kubər” sözü daha böyüklər mənasını bildirir. Yəni ötən ayələrdə haqqında danışılan əzab böyük ilahi əzablardan yalnız biridir. Başqa böyük əzablar da var.

◘Yer ətrafında hərəkət edən, gecəni işıqlandıran, təbii təqvim olan, qabarma-çəkilmələr yaradan ay ilahi ayələrdəndir və ona and içmək olar.

◘Allah-taala Quranda bütün dövrlərə and içir, amma səhər vaxtını üç vaxtla fərqləndirir. (Qeyd)1

◘İmam Kazim (ə) buyurur: “Bizim vilayətimizin qəbulunda önə keçənlər cəhənnəmdən amandadır, bu işdə geri qalanlar cəhənnəm yolunda öndədir.” (Qeyd)2
Bildirişlər
1. Allahın təbiətdə yaratdıqları müəyyən əhəmiyyətlərə malikdirlər və onlara and içilə bilər.

2. İslam Peyğəmbərinin xəbərdarlıqları bütün bəşəriyyətə ünvanlanmışdır.

3. Bəşəriyyətin hidayəti üçün xəbərdarlıq zəruridir.

4. İnsan ixtiyar və iradə sahibidir.

5. Dindar insan başqalarından öndədir, dinsiz insan geri qalmışdır.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin