Nur təFSİRİ


Ayə 48, 49, 50, 51, 52, 53, 54, 55



Yüklə 1,72 Mb.
səhifə159/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   155   156   157   158   159   160   161   162   ...   348
Ayə 48, 49, 50, 51, 52, 53, 54, 55:

﴿فَمَا تَنفَعُهُمْ شَفَاعَةُ الشَّافِعِينَ﴾﴿فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِينَ﴾﴿كَأَنَّهُمْ حُمُرٌ مُّسْتَنفِرَةٌ﴾﴿فَرَّتْ مِن قَسْوَرَةٍ﴾﴿بَلْ يُرِيدُ كُلُّ امْرِئٍ مِّنْهُمْ أَن يُؤْتَى صُحُفًا مُّنَشَّرَةً﴾﴿كَلَّا بَل لَا يَخَافُونَ الْآخِرَةَ﴾﴿كَلَّا إِنَّهُ تَذْكِرَةٌ﴾﴿فَمَن شَاء ذَكَرَهُ﴾

Şəfaətçilərin şəfaəti onlara fayda verməz; onlara nə oldu ki, xəbərdarlıqdan (Qurandan) üz çevirmişlər? Onlar sanki ulaqdırlar, şirdən qaçırlar; bəlkə də hər biri umur ki, ona (Allah tərəfindən) səhifə verilsin; belə deyil, əslində onlar axirətdən qorxmurlar; belə deyil, həqiqətən, bu (Quran) dəyərli bir nəsihətdir; istəyən kəs ondan öyüd alar.”


Nöqtələr
◘”Humur” sözü vəhşi ulaq mənasını bildirən “himar” sözünün cəm formasıdır. Bu ulağa səhrə ulağı da deyirlər.

◘Kafirlərin Qurandan qaçması ulağın şirdən qaçmasına bənzədilir: ulağ şirdən düşüncəsiz şəkildə qaçır; o qorxu içində qaçır; ulağ şirdən qaçarkən haraya üz tutmur; qaçanın nəfəs dərməyə imkanı olmur, sonda əsir düşür.

◘”Qəsvərə” sözü “qəsr” sözündən olub qəzəb, qələbə mənasını bildirir. Bəzən şir də bu adla adlandırılır. “Qəsvərə” dedikdə bəzən ovçu mənası anlaşılır. Olsun ki ayədə vəhşi ulağın şir və ya ovçudan qaçması nəzərdə tutulmuşdur.

◘Bəzi rəvayətlərdə nəql olunur ki, Əbu Cəhl və Qüreyşdən bir dəstə şəxs Peyğəmbərə (s) belə dedilər: “Sənə yalnız o vaxt iman gətirərik ki, səmadan gətirdiyin namədə belə yazılmış olsun: “Aləmlərin Rəbbindən filankəs oğlu filankəsə.” Əgər həmin namədə bizə rəsmən əmr olunsa, sənə iman gətirərik.” (Qeyd)1

◘Qurani-kərimin müxtəlif ayələrində kafirlərin yersiz istəkləri yada salınır. “İsra” surəsinin 93-cü ayəsində kafirlər deyirlər: “Bizə oxuyacağımız bir kitab nazil olmasa heç vaxt sənə iman gətirmərik.” “Ənam” surəsinin 52-ci ayəsində deyirlər: “Peyğəmbərə gələndən bizə gəlməyincə iman gətirmərik.” Allah onların yersiz istəklərini belə cavablandırır: “Allah daha yaxşı bilir ki, Öz risalətini harada qərar versin.” (Qeyd)2


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin