﴿قُلْ إِنَّ ٱلْمَوْتَ ٱلَّذِي تَفِرُّونَ مِنْهُ فَإِنَّهُ مُلَاقِيكُمْ ثُمَّ تُرَدُّونَ إِلَى عَالِمِ ٱلْغَيْبِ وَٱلشَّهَادَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ﴾
“(Ey peyğəmbər) De ki, həqiqətən, qaçdığınız ölümlə hökmən rastlaşacaqsınız. Sonda qeyb və aşkardan xəbərdar olan kəsin yanına dönəcəksiniz. O sizi gördüyünüz işlərdən xəbərdar eedəcək.”
Nöqtələr
◘İnsanlar ölümdən qaçmaq üçün min yol axtarıblar. Amma nə faydası? Bəziləri ölümdən qurtulmaq üçün cəbhədən qaçır. Amma Allah-taala buyurur ki, belə bir fərarilik ölümün qarşısını ala bilməz.1 (Qeyd) İnsanlar evlərini möhkəm tikirlər ki, ölüm onları yaxalamasın.2 (Qeyd) Bəli, dünyada ölümdən, axirətdə Allahın qəzəbindən qaçmaq olmaz.3 (Qeyd)
◘Qiyamətdə yenidən dirçəlişə iman insanın dünyada təqvalı olması üçün ən təsirli amildir.
Bildirişlər
1. Allahın iradəsi insanın iradəsinin fövqündədir.
2. Ölümlə qiyamət arasında uzun ara var.
3. Allah aşkardan və qeybdən eyni həddə agahdır.
4. Günahkar öncə günahlarından xəbərdar edilməli, sonra cəzalandırılmalıdır.
Ayə 9:
﴿يَا أَيُّهَآ ٱلَّذِينَ ءَامَنُواْ إِذَا نُودِي لِلصَّلَاةِ مِن يَوْمِ ٱلْجُمُعَةِ فَاسْعَوْاْ إِلَى ذِكْرِ ٱﷲِ وَذَرُواْ ٱلْبَيْعَ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ﴾
“Ey iman gətirənlər! Cumə gününün namazı üçün nida çəkiləndə Allaha doğru tələsin, alış-verişi boşlayın. Əgər bilsəniz, bu sizin üçün daha yaxşıdır.”
Nöqtələr
◘Əziz İslam peyğəmbəri (s) meracda müşahidə etdi ki, mələklər cümə qüslü verən, cümə namazına gedənlər üçün bağışlanma diləyir.1 (Qeyd)
Dostları ilə paylaş: |