Qiyamətdə şəfaət verənlər
Ayə və rəvayətlərdə oxuyuruq ki, Allah-taala qiyamətdə bəzilərinə şəfaət icazəsi verər. Həzrət Peyğəmbər (s) buyurur: “Şəfaət verəcək ilk kəs mənəm.” (Qeyd)1 Əmirəl-möminin Əli ibn Əbu Talib (ə) buyurur: “Qiyamət günü Quran da şəfaət verənlərdəndir.” (Qeyd)2 Rəvayətlərdə bildirilir ki, qiyamət günü peyğəmbərlər də şəfaətçidirlər. (Qeyd)3 Rəvayətlərdə məsum imamlar və həqiqi şiələrin də şəfaətindən danışılır: “Qiyamətdə şəfaət bizə və bizim şiələrimizə məxsusdur.” (Qeyd)4 Qiyamət günü mələklərə və şəhidlərə də şəfaət icazəsi verilər. (Qeyd)5 Qiyamət günü şəfaət səbəblərindən biri bəndələrin ibadətidir. (Qeyd)6
◘Kimlərə şəfaət verilər?
Ayə və rəvayətlərdə şəfaətə nail olmaq şərtləri bildirilir:
a) İman, namaz, Allah yolunda infaq, səmərəli həyat;
b) Şəfaət üçün Allahın icazəsi(Qeyd)7;
c) Dünyadan imanla getmək;
ç) Şəfaət edənlə şəfaət olunan arasında rabitə; şəfaətçi ilə əqidə bağlılığı olmayan şəfaətə nail olmaz.
Bildirişlər
1. Namazda süstlük, yoxsullara infaq və təam verməkdən uzaqlıq, ömrün hədərə verilməsi, insanı qiyamət günü şəfaətdən məhrum edən səbəblərdir.
2. Allah-taala qiyamət günü bəzi insanlara şəfaət icazəsi verər. Amma bir çoxları şəfaətə nail ola bilməz.
3. Qiyamətdə çoxları şəfaət verə bilər: peyğəmbərlər, onların canişinləri, şəhidlər, Quran ...
4. İlahi ayələri qəbul etməyən İslam müxaliflərinin heç bir dəlili yoxdur.
5. Haqdan üz çevirənlər ağıl və düşüncədən məhrumdur.
6. İnsanın Allahdan lazımsız şeylər istəməsi onun axmaqlığını göstərir.
7. Kafirlər təkəbbürlüdürlər və Allahdan xüsusi dəvətnamə gözləyirlər.
8. Yersiz istəklərə qəti cavab verin. (Allah möcüzələr və dəlillər göndərməklə xəbərdarlığı başa çatdırıb, xüsusi naməyə ehtiyac yoxdur.)
9. Kafirlərin yersiz istəkləri bəhanədən başqa bir şey deyil.
10. Qiyamətə biganəlik peyğəmbərliyin inkarına səbəb olur.
11. İnsan əqidə seçimində azad buraxılıb.
12. İnsanların hidayəti üçün Quran münasib vasitədir. Amma bu ilahi nemətdən bəhrələnmək üçün insan özü addım atmalıdır.
Dostları ilə paylaş: |