Ayə 56:
﴿وَمَا يَذْكُرُونَ إِلَّا أَن يَشَاء اللَّهُ هُوَ أَهْلُ التَّقْوَى وَأَهْلُ الْمَغْفِرَةِ﴾
“Yalnız Allah istəsə öyüd alarlar. Budur təqvaya layiq, bağışlamağa layiq!”
Bildirişlər
1. İnsan ixtiyar sahibi olsa da bu ixtiyar addım atmaq üçün bəs etmir. Allah istəməyincə bir iş baş verməz.
2. Yalnız Allahın tövfiqi ilə insan öyüd alır.
3. İnadkar kafirlər heç vəchlə iman gətirmir. Yalnız Allah məcbur etsə iman gətirərlər. Amma Allah belə bir iş görməz.
4. Yalnız Allahdan qorxmaq olar. Günaha yol verdikdə yalnız o bizi bağışlaya bilər.
“QİYAMƏT” SURƏSİ
Dostları ilə paylaş: |