(75-Cİ SURƏ; 40 AYƏ)
İYİRMİ DOQQUZUNCU CÜZ
“QİYAMƏT” SURƏSİNİN SİMASI
40 ayədən ibarət olan bu surə Məkkədə nazil olmuşdur.
Onun adı 1-ci ayəsindən götürülmüşdür. “Qiyamət” dedikdə oyanış, qalxma mənaları nəzərdə tutulur. Adından göründüyü kimi surənin əsas mövzusu məad, qiyamət günüdür. Öncə dünyanın sonu ilə bağlı ağır hadisələrdən danışlır, sonra xeyir əməl sahibləri və günahkarların siması təsvir olunur.
Surənin davamında insanın canvermə, ölüm zamanı halı yada salınır. Qeyd olunur ki, insanın bir damla dəyərsiz sudan yaradılması onun ikinci dəfə dirçəlişinin mümkünlüyünə dəlildir.
Surənin ortalarındakı dörd ayədə Quran, onun nazil olması və qiraəti mövzularına toxunulur.
Rəvayətdə bildirilir ki, bu surəni ardıcıl şəkildə oxuyub ona əməl edənlər sirat körpüsündən salamatlıqla keçib qiyamət səhnəsində xoşhal olacaqlar.
Dostları ilə paylaş: |