بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5, 6:
﴿لَا أُقْسِمُ بِيَوْمِ الْقِيَامَةِ﴾﴿وَلَا أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ﴾﴿أَيَحْسَبُ الْإِنسَانُ أَلَّن نَجْمَعَ عِظَامَهُ﴾﴿بَلَى قَادِرِينَ عَلَى أَن نُّسَوِّيَ بَنَانَهُ﴾﴿بَلْ يُرِيدُ الْإِنسَانُ لِيَفْجُرَ أَمَامَهُ﴾﴿يَسْأَلُ أَيَّانَ يَوْمُ الْقِيَامَةِ﴾
“And işirəm qiyamət gününə; and içirəm özünü danlayan nəfsə (ki siz ölümdən sonra diriləcəksiniz); yoxsa insan düşünür ki, onun sümüklərini (öldükdən sonra) bir yerə yığmarıq? Hətta onun barmaqlarını (növbəti dəfə) düzəltməyə qadirik; amma insan özünə günah yolu açmaq istəyir; (ona görə də tərəddüdlə) soruşur ki, qiyamət nə vaxtdır?”
Nöqtələr
◘Hazırkı surə və “Bələd” surəsi “la uqsimu” cümləsi ilə başlayır. Bir çox təfsirçilərin nəzərincə, “la” hissəsi (“la uqsimu”) inkar yox, təkid bildirir. Amma bəziləri həmin hissənin inkar mənasında işlədildiyini qeyd edirlər. Yəni mövzu o qədər aşkardır ki, hətta and içmirəm.
◘Başlanğıc ayələrdə həm qiyamətə, həm də “ləvvamə”, özünü danlayan nəfsə and içilir. Olsun ki, bunun səbəbi insanın kiçik vücud dünyasında ləvvamə nəfs adlı məhkəmənin varlığıdır. Bəli, insan daxilində ləvvamə nəfs, varlıq aləmində qiyamət adlı məhkəmə mövcuddur. (Qeyd)1
◘Həzrət Peyğəmbər (s) ibn Məsuda buyurur: “Çalış yaxşı işlərin çox olsun. Qiyamətdə yaxşı iş görənlər də, günahkarlar da peşman olacaq. Yaxşı iş görənlər peşman olacaqlar ki, nə üçün gördükləri yaxşı işlər daha çox olmayıb. Günahkarlar öz səhlənkarlıqları və təqsirlərinə görə peşman olacaqlar.” Sonra həzrət hazırkı ayəni oxuyur. (Qeyd)2
Dostları ilə paylaş: |