Quranda nəfs mövzusu
◘Ayə və rəvayətlərdə, eləcə də dualarda insan nəfsi bir neçə şəkildə təsvir olunur:
a) Əmmarə nəfs: bu nəfs insanı daim oisliyə çağırır. Əgər o ağıl və imanla cilovlanmasa insanı süquta uğradar. Qurani-kərimdə buyurulur ki, həqiqətən, Rəbbim rəhm etməsə, nəfs çirkin işlər görməyə əmr edər.” (Qeyd)3
Əmmarə nəfs insanı əsarət altına alanadək öz istəklərini təkrarlayır. Həzrət Əli (ə) buyurur: “Əmmarə nəfs münafiq fərd kimi insana yaltaqlanır, özünü dost göstərməyə çalışır. Bu yolla insana hakim olmaq və onu növbəti mərhələlərə sürükləmək istəyir.” (Qeyd)4
Qurani-kərim “Yusuf” surəsində buyurur: “Yusufun qardaşları Benyamini Misirdə qoyub atalarının yanına qayıtdılar. Bildirdilər ki, Benyamin oğurluq itdihamı ilə həbs edilib. Həzrət Yaqub buyurdu: “Olsun ki nəfs bu çirkin işi sizə gözəl göstərmiş, sizi ona doğru çəkmişdir.” (Qeyd)5
Digər bir hədisdə oxuyuruq: “Namazdan sonra Allahdan belə istəyin: “Pərvərdigara, məni bir göz qırpımı da nəfsimin ümidinə buraxma.” (Qeyd)6
İmam Zeynəl-abidin “şaqtin” minacatında Allaha belə ərz edir: “Mən sənə pisliyə çağıran nəfsdən şikayətlənirəm. O xətalara doğru gedir, günaha tələsir. Bir şərlə rastlaşdıqda fəryad qoparır. Birini xeyir verməli olduqda paxıllıq göstərir. Mənasız işlərə çox meyllidir. Qəflət, xətaya qərq olmuşdur. Məni günaha tələsdirir. Tövbəmə mane olur.”
b) Ləvvamə nəfs: bu surədə işarə olunan mövzulardan biri də ləvvamə nəfs mövzusudur. Olsun ki, ləvvamə nəfs dedikdə əxlaqi vicdan nəzərdə tutulmuşdur. Bəli, insan pis işlərinə və ya xeyir işlərinin azlığına görə dünya və axirətdə özünü danlayır. Belə bir peşimançılıq həm tövbə üçün müqəddimə ola bilər, həm də insanı ümidsizləşdirə bilər.
c) Mütməinnə nəfs: insan davamlı ibadət və Allah zikri sayəsində mütməinnə nəfs sahibi olur. Bu halda onun ruhiyyəsinə ilahi bir arxayınlıq hakim kəsilir. Qurani-kərim buyurur: “Namazı bərpa et ki, mənim fikrimə çatasan.” (Qeyd)7 Başqa bir ayədə oxuyuruq: “Agah olun ki, qəlblər yalnız Allah zikri ilə aramlıq tapar.” (Qeyd)8
Mütməinnə, yəni arxayın nəfs sahibi ölümdən qorxmur, şəhadət eşqi ilə yaşayır. Belə bir insan dünyanın aldadıcı zinətlərinə biganədir, Allahın müqəddəratından razıdır.
◘Məadı inkar edənlər bəzən qiyamətlə bağlı suallar verirlər. Məsələn soruşurlar ki, bu çürümüş sümükləri kimi dirildəcək?1 (Qeyd) Bəzən də açıq-aşkar qiyaməti inkar edir və deyirlər: “Dünya həyatından başqa həyat yoxdur.”2 (Qeyd)
◘Müxaliflərin məada şəkki əslində Allahın qüdrətinə şəkdir. Quran Allahın yenidən yaratmağa qadir olduğunu vurğulayaraq nümunələr göstərir: Allah onlar kimisini yenidən yaratmağa qadirdir3(Qeyd); Allah ölüləri diriltməyə qadirdir(Qeyd)4; Allah onu geri qaytarmağa qadirdir.
Bu ayədə isə buyurulur ki, Allah nəinki insanı yenidən dirildə bilər, hətta onun barmaq xətlərini bərpa edər. Bəli, bu iş Allah üçün çətin deyil.
◘Hər bir insanın barmaqlarında yalnız ona məxsus xətlər var. İki şəxsin barmaq xətləri eyni cür ola bilməz. Bu səbəbdən də şəxsiyyətin müəyyənləşməsi üçün onun barmaq izlərindən istifadə olunur. Bəli, Allahın elm və qüdrəti hər bir fərdin vücudundakı zərrələrə də hakimdir.
Dostları ilə paylaş: |