Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə165/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   161   162   163   164   165   166   167   168   ...   348
Bildirişlər
1. Allah-taala qiyaməti labüd bir hadisə sayır və bu səbəbdən də ona and içir.

2. İnsani xüsusiyyətlərdən biri vicdani əxlaq, yaxşılıq və pislikləri fitrətən tanımaqdır. Pis işlərə görə özünü və başqalarını məzəmmət etməsi insan üçün səciyyəvidir.

3. Əmmarə, mütməinnə və ləvvamə nəfslər arasında qiyamət gününün danlaqlarını və peşimançılıqlarını yada salan ləvvamə nəfsdir.

4. Məada etiqad insanı günahdan çəkindirir. Bu səbəbdən də günah yol tutanlar öncə məadı sual altına alır.

5. Məadı inkar edənlər yalnız zənn-gümana əsaslanırlar və onların heç bir dəlili yoxdur.

6. Çürümüş bədən üzvləri, sümüklər qiyamət günü bir yerə toplanasıdır.

7. Məad cismanidir, qiyamət günü insan öz sümüklərindən yığılar.

8. Batil düşüncələri nəzərə çatdırıb rədd etmək caiz işdir.

9. Allah dünyada da, axirətdə də nizam əsasında yaradır.5 (Qeyd)

10. Qiyamətdəki insan elə dünyadakı insandır.

11. Allah insana seçim qüdrəti, azadlıq və iradə əta etmişdir. İnsanın öz ağıl və fitrətinin ziddinə addım atması mümkündür.

12. Bir çoxlarının qiyaməti inkar etməsinin səbəbi nadanlıq deyil. Onların bu hərəkəti psixoloji baxımdan izah oluna bilər. Belə ki, bəziləri qiyaməti inkar etməklə özlərinə günah yolu açırlar.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin