Ayə 16, 17, 18, 19:
﴿لَا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ﴾﴿إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ﴾﴿فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْءَانَهُ﴾﴿ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُ﴾
“(Ey Peyğəmbər! Vəhy nazil olanda) Onun tilavətinə tələsib dilini hərəkətə gətirmə; həqiqətən, onu toplamaq və oxutmaq bizim öhdəmizədir; elə ki onu oxuduq qiraətini izlə; sonra onun bəyanı bizim öhdəmizədir.”
Nöqtələr
◘”Taha” surəsinin 114-cü ayəsində hazırkı ayənin oxşarı ilə rastlaşırıq. Həmin ayədə buyurulur ki, vəhy başa çatmamış onun tilavətinə tələsəmə.
Qurani-kərim qədr gecəsində Peyğəmbərə (s) bir dəfəyə nazil oldu. Sonra 23 il müddətində müxtəlif münasibətlərlə tədricən göndərildi. “La tuhərrik bihi lissanəkə” ayəsindən aydın olur ki, həzrət Peyğəmbər Quran ayələrini öncədən bilirmiş. Buna görə də ona ayələri tələsik tilavət etməmək əmr olunur.
◘Quran ayələrinin bir hissəsində vəhyin necə nazil olduğu və onun insanlara tilavəti mövzusu açıqlanır. Bu ayələrdə də Allah-taala öz Peyğəmbərinə (s) buyurur ki, ayə nazil olanda başa çatmamış onu oxuma; Allah kəlamında tələsmə, nigaran olma ki, onları unudarsan; çünki onları hifz etdirmək bizim öhdəmizədir; gözlə vəhy tamamlansın, qiraət et.
Bildirişlər
1. Dinləməyin də öz qaydaları var. Hətta danışanın sözlərini təkrarlamaq yaxşı sayılmır.
2. Quran istənilən bir təhrif və dəyişiklikdən hifz olunmuşdur.
3. Quranın söz və ifadələri Allah tərəfindəndir.
4. Vəhyi peyğəmbərə aydınlaşdırmaq Allahın öhdəsinədir.
Dostları ilə paylaş: |