بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2:
﴿هَلْ أَتَى عَلَى الْإِنسَانِ حِينٌ مِّنَ الدَّهْرِ لَمْ يَكُن شَيْئًا مَّذْكُورًا﴾﴿إِنَّا خَلَقْنَا الْإِنسَانَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا﴾
“İnsan üçün elə bir dövr olub keçmişdirmi ki, yada salınası olmaya? Həqiqətən, biz insanı qatışıq nütfədən yaratdıq ki, onu sınağa çəkək. Onun eşidən və görən qərar verdik.”
Nöqtələr
◘”Dəhr” dedikdə dövr, “ənşac” dedikdə qatışıq mənaları nəzərdə tutulur. “Əmşac” sözü “məşic” sözünün cəm formasıdır.
◘İmam Baqir (ə) bir rəvayətdə buyurur: “İnsan öncə xatırlanası deyildi, sonradan ona belə bir qabiliyyət verildi.”1 (Qeyd)
◘İmam Sadiq (ə) buyurur: “İnsanın varlığı Allah tərəfindən müəyyənləşdirilmişdi, amma hələ ki mövcud deyildi.”2 (Qeyd)
◘İmam Baqir (ə) buyurur: “Nutfətin ənşac” dedikdə cütlərin nütfəsinin qatışması nəzərdə tutulur.”3 (Qeyd)
◘Yatmış vicdanı oyatmaq üçün bəzən məsələ sual şəklində ortaya qoyulur. Məsələn, ana öz övladından soruşur: “Məgər sənə süd verən mən deyiləmmi?” Bu ayədə də məsələ sual şəklində ortaya qoyulur. Yəni həqiqətən, hər bir insanın yada salınmayası bir dövrü olub.
◘İnsanın dəyərsizliyi əslində təbii bir işdir. Amma insan öz əməlləri ilə özünü dəyərdən salır. Quranda buyurulur: “Ey kitab əhli! Əgər səmavi kitabı bərpa etməsəniz bir heçsiniz.”1 (Qeyd)
◘Quran insanın nütfədən yaranışını 16 dəfə qeyd edir. Bu təkrarlar həm Allahın qüdrətini bəyan edir, həm də insanı təkəbbürdən çəkindirir.
Bildirişlər
1. İnsan ilkin yaranışı haqqında düşünməlidir.
2. İnsan yaranışda yeni bir hadisədir.
3. İnsan tarix boyu təkamül yolu keçmiş, kamilləşmişdir. İnsanın vücuda malik olmadığı bir dövr olmuşdur.2 (Qeyd)
4. İnsanın öz zəiflikləri barədə düşünməsi onu təkəbbürdən çəkindirir, Allah qarşısında təslimçiliyə sövq edir.
5. İnsanın dəyərsiz nütfədən yaranışı Allahın əzəmət göstəricisidir.
6. Allah suyu formalaşdırmaqla qüdrətini nümayiş etdirir.
7. İnsan hikmət əsasında, məqsədli yaradılmışdır.
8. İnsan məsuliyyətli və vəzifəli varlıqdır.
9. Tarix boyu bütün insanlar ilahi sınaqdan keçmişdir.
10. Eşitmə və görmə kimi xüsusiyyətlər nümunə olaraq qeyd edilir. Əslində bütün bədən üzvləri sınağa çəkiləsidir.
Dostları ilə paylaş: |