Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə18/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   14   15   16   17   18   19   20   21   ...   348
Cümə namazının məqamı
İslam peyğəmbəri (s) Mədinəyə hicrətdən sonra ilk addımda cümə namazı təşkil etdi. Bu namaza dəvət “Ey iman gətirənlər” müraciəti ilə başlanır. İnsanlar “tələsin Allah zikrinə” nidası ilə cümə namazına rəğbətləndirilir. Bu namaza göstəriş alış-verişin boşlanması əmri ilə müşayiət olunur. Bu namaz rəvayətlərdə Həccə bərabər sayılmışdır.2 (Qeyd)

Bu namazın xütbəsindən sonra dua qəbul olur.3 (Qeyd) Cümə namazında imam əlində silah tutur. Bu namaza yüngül yanaşmaq nifaq nişanəsi sayılır. Cümə namazında imam insanları təqvaya dəvət etməlidir. Bu namazda insanlar dünyada baş verən hadisələrdən xəbərdar edilir. Bu namazı fərdi şəkildə qılmaq olmaz. Maddi məsuliyyətə cəlb olunanların da bu namazda iştirakına şərait yaratmaq nəzərdə tutulur.4 (Qeyd) Cümə namazında iştiraka görə səfəri təxirə salmaq məsləhət görülür. Həzrət Əli (ə) Ariz Həmədaniyə məktubunda buyurur: “Cümə günü səfərə çıxma, cümə namazında iştirak et. Yalnız Allah yolunda və zəruri səfər istisnadır.”5 (Qeyd)

Tövsiyə olunur ki, insan bu namazda iştirak üçün öncədən özünü hazırlasın. Həzrət Əli (ə) insanlara onları cümə namazından saxlayacaq zəiflədici dərmanlardan istifadə etməyi qadağan etmişdir.6 (Qeyd) İmam Baqir (ə) İslam peyğəmbərinin (s) yaxınlarını belə vəsf edir: “Onlar cümə axşamları özlərini səhərki cümə namazına hazırlayırdılar.”7 (Qeyd)

Bu namazda iştirak edən müsafirlər yerli əhalidən daha çox savab qazanır.8 (Qeyd) Cümə namazından bir gün qabaq cümə surəsini oxumaq tapşırılır. Rəvayətlərdə tövsiyə olunur ki, cümə axşamı şam namazında cümə surəsi oxunsun ki, cümə namazına hazırlıq yaransın.

◘Əziz Peyğəmbər (s) buyurur: “Mömin cümə namazına gedərkən Allah onun hər addımı müqabilində qiyamət qorxusunu azaldır.”9 (Qeyd)

◘Cümə namazı insanın gün uzunu yol verdiyi günahların kəffarəsidir. Əlbəttə kəbirə günahlar nəzərdə tutulmur.10 (Qeyd)

◘Fəhlə tutmuş insan həmin fəhləni cümə namazından saxlasa, günah qazanır.11 (Qeyd)

◘İnsan üç cümə üzürsüz səbəbdən cümə namazına getməsə adı münafiqlər siyahisinə yazılır.12 (Qeyd) Digər bir rəvayətdə buyurulur ki, xəstəlik və ya digər üzürlü səbəb olmadan üç gün cümə namazında olmayan kəsin qəlbi möhürlənər.1 (Qeyd)

◘Rəvayətlərdə bildirilir ki, cümə namazında iştirak edə bilməyən şəxs sədəqə verməli, bir növ kəffarə ödəməlidir.2 (Qeyd)

◘İslam peyğəmbəri (s) buyurur: “Mənim həyatım zamanında və ya mənim ölümümdən sonra cümə namazını saymamazlıqdan tərk edən və buna görə tövbə qılmayan şəxsin əməlləri yazılmaz, işləri bərəkətsiz olar, Həcc və sədəqəsi qəbul dərəcəsinə çatmaz.”3 (Qeyd)

◘Cümə namazının imamı xütbə oxuyan zaman namazda iştirak edənlər namaz qılmamalı, ədəblə oturub sakit dayanmalıdırlar.4 (Qeyd)


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin