﴿إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ الْقُرْآنَ تَنزِيلًا﴾﴿فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ آثِمًا أَوْ كَفُورًا﴾﴿وَاذْكُرِ اسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلًا﴾
“Həqiqətən, biz özümüz Quranı sənə nazil etdik; Rəbbinin hökmü qarşısında səbirli ol, heç bir günahkar ya nankora itaət etmə; sübh və axşam Rəbbinin adını zikr et.”
Nöqtələr
◘”Bukrə” dedikdə sübh fəcr tülusu ilə günəşin doğuşu arasındakı fasilə nəzərdə tutulur. “Əsil” isə günortadan sonra ilə (əsrlə) qürub və günün sonu arasındakı fasilədir. Olsun ki bu iki təbir günün əvvəli və sonunda Allahın zikrinə, namaza işarədir.
Bildirişlər
1. Qurana qarşı böhtanlara, onun sehr və kahinlik adlandırılmasına cavab verin.
2. Quran tədricən nazil olmuşdur.
3. Quranın əmrlərini işə salmaq üçün səbr və müqavimətə ehtiyac var.
4. Səbr və möhkəmlik şəxsi səliqələrin qəbul etdirilməsində yox, ilahi əmrlərin yerinə yetirilməsində dəyərlidir.
5. İlahi əmrlər insanın inkişafı üçündür.
6. Peyğəmbərlər ilahi moziələrə ehtiyaclıdır.
7. Günahkarlar çalışırlar ki, müsəlmanların rəhbərliyinə nüfuz etsinlər.
8. Allah zikri insanın səbr və müqavimətini artırır.
9. Günün başlanğıcı və sonu Allah zikri üçün münasib vaxtlardandır.
Ayə 26:
Dostları ilə paylaş: |