Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə184/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   180   181   182   183   184   185   186   187   ...   348
Ayə 28, 29, 30, 31:

﴿إِنَّ هَؤُلَاء يُحِبُّونَ الْعَاجِلَةَ وَيَذَرُونَ وَرَاءهُمْ يَوْمًا ثَقِيلًا﴾﴿نَحْنُ خَلَقْنَاهُمْ وَشَدَدْنَا أَسْرَهُمْ وَإِذَا شِئْنَا بَدَّلْنَا أَمْثَالَهُمْ تَبْدِيلًا﴾﴿إِنَّ هَذِهِ تَذْكِرَةٌ فَمَن شَاء اتَّخَذَ إِلَى رَبِّهِ سَبِيلًا﴾﴿وَمَا تَشَاؤُونَ إِلَّا أَن يَشَاء اللَّهُ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا﴾﴿يُدْخِلُ مَن يَشَاء فِي رَحْمَتِهِ وَالظَّالِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًا﴾

Bizik onları yaradan, oynaqlarını möhkəmlədən. Nə vaxt istəsək onların yerinə özləri kimisini gətirərik; doğrudan da bu ayələr xəbərdarlıq vasitəsidir; hər kəs istəsə, Rəbbinə doğru yol tutar; yalnız Allah istəsə siz də bir şey istəyə bilərsiniz; həqiqətən, Allah bilən və hikmət sahibidir; o istədiyinə mərhəmət qılır; zalımlar üçün ağrılı əzab hazırlanmışdır.”


Nöqtələr
◘”Əsr” dedikdə bəndlərlə bağlamaq nəzərdə tutulur. Bəndə salınmış, bağlanmış insan əsir adlanır. “Şədədna əsrəhum” yəni insanın bəndlə oynaqlarını möhkəmlətdik.
Bildirişlər
1. Küfr və tüğyan insanın məhvi üçün zəmindir.

2. Allahın insanı yaratmaq gücü onun insanı məhv etmək gücündən danışır.

3. Allah xəbərdarlığı başa çatdırmış, höccəti tamamlamışdır.

4. Quran xəbərdarlıq vasitəsidir.

5. Allahın yolu məcburi deyil. İstəyən səadətə çatır. İnsan özü yol seçib, bu yolu keçməlidir.

6. İnsanın istəyi Allahın istəyindən önəmli deyil və ona bağlıdır. Yalnız Allah istədiyi təqdirdə insanın istəyi həyata keçir.

7. Allahın təqdiri elm və hikmətə əsaslanır.

8. Allahın hikmətli tədbirləri əsasında mərhəmət istəyənlər mərhəmətə çatır.

9. İlahi mərhəmətdən uzaq qalanlar özləri zülm yolunu seçmişlər.
MURSƏLAT” SURƏSİ


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin