Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə189/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   185   186   187   188   189   190   191   192   ...   348
Ayə 15, 16, 17, 18, 19:

﴿وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ﴾﴿أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ﴾﴿ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ﴾﴿كَذَلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ﴾﴿وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ﴾

Həmin gün vay halına təkzib edənlərin; məgər öncəkiləri həlak etmədik? Sonra başqalarını da onların ardınca gətirərik; biz günahkarlarla belə rəftar edirik; vay olsun həmin gün təkzib edənlərin halına.”


Nöqtələr
◘Bu surədə “Vay olsun təkzib edənlərin halına” cümləsi dəfələrlə təkrar olunur. Bir neçə ayədən sonra həmin ayə ilə rastlaşırıq. “Vəyl” (vay olsun) ifadəsi əzabla qorxudulan zaman işlədilir. Rəvayətlərə əsasən cəhənnəmdə xüsusi bir vadi və ya cəhənnəm qapılarından biri belə adlanır.
Bildirişlər
1. Dini təkzib edənlər məhv olmaq təhlükəsi ilə üzbəüzdürlər. Allahın onlara qəzəbi ilahi bir sünnə, qanundur.

2. Keçmişdəkilərin tarixini bəyan etməklə hazırkı insanların yatmış vicdanını oyadın.

3. Dinin təkzibi ilə tarix boyu rastlaşmaq olar.

4. Din çərçivəsini aşmış mədəniyyətlər süquta uğrayır, başqa mədəniyyətlə əvəz olunur.

5. Cəmiyyətdə günah və fəsadın kökü din və dini dəyərlərin təkzibidir.

6. Allahın qəzəbi qanunauyğundur və yalnız günahkarları yaxalayır.

7. İlahi əzablar intiqam üçün deyil, insanların öz qazancıdır.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin