Nur təFSİRİ


Cümə namazı imamının vəzifələri



Yüklə 1,72 Mb.
səhifə19/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   15   16   17   18   19   20   21   22   ...   348
Cümə namazı imamının vəzifələri
1. Namazın xütbələri uzun olmamalıdır. İslam peyğəmbəri (s) buyurur: “Sizdən sonra bir qövm gələr ki, xütbələri uzadar və namazı qısa qılar. Siz namazı uzadın, xütbələri qısaldın.”5 (Qeyd)

2. Allah cümə namazı üçün iki xütbə müəyyənləşdirmişdir: bu xütbələrdən biri Allaha həmd-səna, digəri xalqın istəkləri, onlara təlim və dua mövzusundadır.6 (Qeyd)

3. Xütbə ayaq üstə oxunur.7 (Qeyd)

4. Xətib əlində silah tutur. Amma bu silah istifadə üçün deyil. İmamın əlində silah tutması həm qüdrət, həm də mərhəmətin nümayişidir. İslam peyğəmbəri (s) əlində kaman və ya əsa tutub xütbə oxuyardı.8 (Qeyd)

5. İmam minbərə qalxdığı vaxt üzü xalq oturub onları salamlayır.9 (Qeyd)

6. Cümə namazında “Cumuə” və “Munafiqun”, surələri oxunur. Əziz Peyğəmbər (s) cümə namazında bu surələri oxuyardı. “Cumuə” surəsi möminləri müjdələyir, “Munafiqun” surəsi münafiqlərin ümidini qırıb onları məzəmmət edir.10 (Qeyd)

7. Cümə namazında iştirakçılar günün hadisələrindən xəbərdar edilir. İmam Riza (ə) buyurur: “Cümə namazı ümumi bir toplantıdır. Bu namazda imam iştirakçıları ibadətə həvəsləndirir, günahdan çəkindirir, ətrafda baş verən hadisələrdən xəbərdar edir, xeyir-ziyanlarını başa salır.”11 (Qeyd)

8. Cümə namazının imamı insanları Allahın əmr və qadağalarından xəbərdar edir, islah yolunu göstərir.12 (Qeyd)


Bildirişlər
1. İnsanların ibadətə çağırışı üçün zəmin yaradılmalıdır. (Surədə mövcudların təsbihi yada salındıqdan sonra insanlar cümə namazında iştiraka təşviq edilir)

2. İnsanları dəvət etmək üçün onlara ehtiram və yaxşı adla müraciət edin.

3. Cümə namazında iştirak iman göstəricisidir.

4. Namaz ilahi zikr səbəbidir.

5. Cümə namazında iştirak üçün tələsin.

6. Cümə namazında iştirakın qarşısını alan maneələri aradan qaldırın. (Alış-verişi boşlayın, əlinizdəki işi saxlayıb cümə namazına tələsin)

7. Allah alış-verişi tərk etmək göstərişi verib və bunun əvəzini ödəyir.

8. Bütün dövrlərdə yaxşı insanların seçilməsi həqiqi elm göstəricisidir.

9. Dini tərbiyədə həm təşviq, həm göstəriş, həm qadağa, həm də dəlillərə ehtiyac var.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin