Ayə 20, 21, 22, 23, 24:
﴿أَلَمْ نَخْلُقكُّم مِّن مَّاء مَّهِينٍ﴾﴿فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَّكِينٍ﴾﴿إِلَى قَدَرٍ مَّعْلُومٍ﴾﴿فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ﴾﴿وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ﴾
“Biz sizi dəyərsiz bir sudan yaratmadıq? Onu möhkəm bir yerdə qərar verdik; müəyyən bir müddətədək; sonra ölçü apardıq və biz necə də yaxşı ölçü aparırıq; vay olsun həmin gün təkzib edənlərə.”
Nöqtələr
◘”Məhin” dedikdə həqir, alçaq, zəif, az mənası nəzərdə tutulur. “Məkin” sözü möhkəm mənasını bildirir.
◘Bir məhsulun istehsalı üçün müəyyən vasitələr və şəraitə ehtiyac var. Məqsədin təyini, maddələrlə təminat, layihə və proqram, zaman bölgüsü, istehsaldan sonrakı xidmətlər, təmir və islah zəruri mərhələlərdir. İnsanın yaranışında bütün bu mərhələlər nəzərə alınmış və icra edilmişdir: məqsəd insanın azad şəkildə təkamülüdür(Qeyd)1; insanın ilkin maddəsi torpaq və nütfədir; istehsal məhəlli möhkəm bir qərargahdır; insan proqramla yaradılır; onun yaranışında zaman bölgüsü var; xarici nəzarətlə yanaşı batini proqram icra edilir(Qeyd)1; yaranışdan sonra da ona xidmət göstərilir(Qeyd)2; tövbə və bağışlanma ilə islahat gedir. (Qeyd)3
◘Yaranışda ən böyük məharət budur ki, Allah insan kimi mürəkkəb bir varlığı bir damla sudan xəlq edir. Hansı sənətkarda belə bir qüvvə var?!
◘Allah insanın yaranışı ilə bağlı özünə əhsən söyləyir(Qeyd)4, hazırkı ayədə bu işin ölçü ilə aparıldığını nəzərə çatdırır. Bəli, Allah-taala ən üstün yaradan və ölçü aparandır.
◘”Niməl qadirun” ifadəsi iki şəkildə mənalandırıla bilər.
a) Özündən əvvəlki sözə əsasən burada işin ölçü ilə aparıldığı nəzərdə tutulur.
b) İnsanın yaranışında böyük bir qüdrətə ehtiyac olduğundan bu söz qüdrət kimi də mənalandırıla bilər. Allah-taala insanın yaranışında misilsiz qüdrət göstərmişdir.
◘Allah bütün işlərdə üstündür: O ən üstün yardımçı, ən üstün qəyyum(Qeyd)5, ən üstün sığınacaq(Qeyd)6, ən üstün qayğı göstərən(Qeyd)7, istəkləri ən üstün şəkildə yerinə yetirən(Qeyd)8, ən üstün mükafatlandıran(Qeyd)9, ən üstün qüdrət və təqdir sahibidir.
Bildirişlər
1. İnsanın dəyərsiz sudan yaranışı ilahi əzəmət və qüdrət göstəricisi, məad və yenidən dirçəlişə dəlildir.
2. Keçmiş zəifliklərin və çarəsizliklərin yada salınması insanın təkəbbürünü aradan qaldırır.
3. Dəvət və təbliğdə hiss olunan məsələləri açıqlayın.
4. İş və istehsalda Allahdan öyrənək, möhkəmlik və davamlılıq şərtlərinə əməl edək.
5. Ölçü və zaman bölgüsü ilahi yaranış prinsiplərindəndir.
6. Körpə bətndə dəqiq ilahi ölçülər əsasında inkişaf edir.
Dostları ilə paylaş: |