Nur təFSİRİ


Ayə 35, 36, 37, 38, 39, 40



Yüklə 1,72 Mb.
səhifə192/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   188   189   190   191   192   193   194   195   ...   348
Ayə 35, 36, 37, 38, 39, 40:

﴿هَذَا يَوْمُ لَا يَنطِقُونَ﴾﴿وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ﴾﴿وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ﴾﴿هَذَا يَوْمُ الْفَصْلِ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ﴾﴿فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ﴾﴿وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ﴾

Günahkarların həmin gün danışmağa sözü yoxdur; onlara üzr istəmək üçün icazə verilməz; həmin gün vay olsun təkzib edənlərə bu gün sizinlə keçmişdəkiləri bir yerə topladığımız ayrılığ günüdür; əgər çarəniz varsa bir iş görün, həmin gün vay olsun təkzib edənlərə!”


Nöqtələr
◘Qiyamətin müxtəlif dayanacaqları var. Dayanacaqlardan birində dodaqlara möhür vurular, insanın danışmaq imkanı olmaz. (Qeyd)1 Digər bir dayanacaqda günahkarlar öz aralarında danışıb nalə çəkər.

◘İmam Sadiq (ə) buyurur: “Allah ədalətlidir və üzürlü bəndənin sözünü kəsməz. Amma üzrü olmayan bəndəyə ilahi məhkəmədə danışmaq icazəsi verilməz. (Qeyd)2

◘İnsan dünyada özünü və başqalarını aldada bilir. Qızıl-gümüş, dünya bəzəyi, yalan vədlər, rüşvət, oğurluq əlaqələri vasitəsi ilə vəziyyətdən çıxmaq olur. Amma qiyamətdə bütün bu yollar bağlanır.
Bildirişlər
1. Qiyamətdə günahkarlar ya qorxudan, ya faydasız olduğu üçün, ya ağızları möhürləndiyindən, ya da məsələlər aydın olduğundan danışmazlar.

2. Təbliğdə təkrar təbliğatçı və tərbiyəçini yormamalıdır. Bu surədə bir ayə on dəfə təkrarlanır.

3. Qiyamət həm toplanış, həm də ayrılıq günüdür. (Bir tərəfdən hamı bir yerə toplanır, digər bir tərəfdən yaxşılar pislərdən ayrılır) (Qeyd)3

4. Qiyamət üzürxahlıq yox, mühakimə günüdür.

5. Qiyamətdə nə qaçmağa yol var, nə aldatmaq mümkündür, nə fidyə (günahın əvəzi) qəbul olunur.

6. Qiyamətdə günahkarlar çarəsizdir və çıxış yolu tapa bilmirlər.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin